Azərbaycan İdeyası

Krediti olanların borcu daha da artdı - Ekspert Elman Rüstəmovu ifşa etdi

Tarix:21-12-2015, 13:15
Baxış Sayı:410

Krediti olanların borcu daha da artdı - Ekspert Elman Rüstəmovu ifşa etdi



Əkrəm Həsənov: Günahkar Mərkəzi Bank rəhbərliyidir"
"Hələ apreldə Elman Rüstəmovu növbəti (5-ci!) dəfə Mərkəzi Bankın sədri təyin edəndə demişdim: bu təyinat o deməkdir ki, o, növbəti devalvasiyanı da həyata keçirəcək".
Bu sözləri bank üzrə mütəsəssis, hüquqşünas Əkrəm Həsənov öz Facebook səhifəsində yayıb. Üzən məzənnə rejiminə keçiri təhlil edən ekspert deyir ki, Elman Rüstəmov fevral devalvasiyasından sonra ötən 10 ay ərzində ölkədən valyuta axınının qarşısını almaq üçün heç nə etmədi, əksinə bankların açıq valyuta mövqeyi limitini ləğv etdi və növbəti devalvasiya üçün tam şərait yaratdı, digər səhv qərarlar verdi, Mərkəzi Bank nəzdindəki Maliyyə Monitorinqi Xidməti ölkədən valyutanın qaçırılmasına mane olmadı:
"Həm fevral devalvasiyasından sonra demişdim, həm də bugünkü devalvasiyadan sonra da deyirəm: devalvasiya qaçılmaz idi və ilk növbədə, Azərbaycandan asılı olmayan faktorların nəticəsidir. Bu il ərzində əksər ölkələrin milli valyutası devalvasiyaya məruz qalıb. Lakin heç yerdə əhali və sahibkarlar bizdəki kimi devalvasiyadan belə ağır zərər çəkməyib. Bunun günahkarı Mərkəzi Bankın mövcud rəhbərliyidir.
Demişəm və deyirəm: Elman Rüstəmov təsadüfi və savadsız kadrdır (bunu dəfələrlə əsaslandırmışam). Prezidentin gözündən pərdə asmaq üçün (guya manatımız sabitdir və s.) illər boyu ölkəmiz üçün səhv və zərərli pul siyasəti həyata keçirib, banklara çox pis nəzarət edib. Bunun nəticəsində Azərbaycanın valyuta ehtiyatları əriyib, əhali və sahibkarlar dollar krediti bataqlığına düşüb".
Əkrəm Həsənov deyir ki, ölkədə normal bank sistemi yoxdur: "Yalnız Mərkəzi Bankın rəhbərliyinin kommersiya banklarının sahibləri və rəhbərliyi ilə sıx qohumluq və dostluq əlaqələri var. Belə bank sisteminin nə demək olduğunu yaxında hamımız görəcəyik: o çökəcək! Bankların əksəriyyəti müflis olacaq. Amma zərər çəkən bank sahibləri və rəhbərləri deyil (onlar pullarını vaxtında götürüb qaçacaq), sıravi əmanətçilər olacaq. Buna görə də üzümü, ilk növbədə, əmanətçilərə tuturam: sonra deməyin ki, sizi xəbərdar etməmişdilər, ehtiyatlı olun, pulunuzu kimə etibar etməyinizin fərqində olun.
Lakin ən ağır vəziyyətə təbii ki, kredit təşkilatlarına dollar borcu olanlardır. Onların borcu daha da artdı. Mərkəzi Bank onların problemini həll etmədi, kreditlər manata çevrilmədi. Konstitusiya Məhkəməsinin may qərarı icra olunmadı: banklar əhaliyə güzəştə getmədi. Ümumiyyətlə, heç nə edilmədi. Çünki Azərbaycanda faktiki olaraq Mərkəzi Bank və bank nəzarəti yoxdur!
Banklar bundan sonra daha da azğınlaşacaq borclulara qarşı. Borclular nə etməlidir? Əvvəla, birləşməlidirlər! Haqlarını tələb etməlidirlər! Bunun yollarını dəfələrlə göstərmişəm. Bundan sonra bu sahədəki fəaliyyətimi daha da genişləndirəcəyəm".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı