Azərbaycan İdeyası

Pensiya üçün staj tələbi ləğv edilir

Tarix:25-01-2017, 10:10
Baxış Sayı:556

 Pensiya üçün staj tələbi ləğv edilir


Azərbaycanda pensiya üçün tətbiq edilən staj tələbi aradan götürülür. Yeni qanun layihəsinə görə, işçi sosial sığorta üçün daha çox pul ödəyərsə, istədiyi zaman pensiyaya çıxa biləcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında bildirib. Səlim Müslümov hazırda Azərbaycanda 20 min manatdan çox maaş alan şəxslərin olduğunu və bu yenilik sayəsində yüksək maaş alanların daha tez pensiyaya çıxa biləcəyini bildirib. Nazir əmək pensiyalarının sığorta hissəsinin indeksləşməsindən də danışaraq deyib ki, ötən il istehlak qiymətlərində 12,4 %-lik inflyasiya qeydə alındığından, əmək pensiyalarının sığorta olunan, yəni 110 manatdan yuxarı olan hissəsinə 12,4 %-lik artım ediləcək.
Bu artım isə ümumi pensiyaçıların 94 %-nə, başqa sözlə, 1 milyon 240 min nəfərə şamil olunacaq. Hərbçilər, sabiq millət vəkilləri və bu kimi pensiyalarına əlavə alan şəxslər isə bu artımdan yararlana bilməyəcəklər. Onların pensiyası, xidmət etdikləri qurumlarda maaş artımı olanda artırılacaq.
Səlim Müslümov onu da bildirib ki, minumum əmək haqqının 105 manatdan 116 manata çatdırılması 145 min nəfərə təsir edəcək. Bu artım sayəsində yarımştat və yaxud saat hesabı çalışanlara ödəniləcək minimum maaş isə 58 manat olacaq.
AzVision.az Xezer TV-nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
dfhgfd 4 fevral 2017 07:34
  Жалоба     
In recent years, the rolex replica watch industry has never stopped retro. Excellent and full of classic retro temperament replica hublot watch popular again, make friends too busy to attend to all table become a fashion trend. Vintage swiss replica watches, is the brand watches the classic heritage, and the modern aesthetic needs of the fusion is. "Timeless" their style has a story, with the design to make them more in line with the modern pile replica watches expectations.
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO