Azərbaycan İdeyası

İşsizlərin böyük qismi gənclərdir` - Nazir

Tarix:8-02-2016, 11:14
Baxış Sayı:462

İşsizlərin böyük qismi gənclərdir` - Nazir


Hazırda işsizlərin böyük qismini gənclər təşkil edir".
"Korrupsiya və Qanun" saytı "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, yaşı 25-dən az olanların işsizliyinin artım tempi, yaşı 25-dən çox olan insanların işsizliyindən 3 dəfə çoxdur:
"Təəssüf ki, işəgötürənlərin 30 faizi ixtisaslı kadrların azlığından şikayət edirlər. Bu da yüksək ixtisaslı kadrların hazırlanmasının, bu sahədə təhsil sistemi və peşə hazırlığının hələ ki, yetərli olmaması ilə bağlıdır. Getdikcə əmək bazarında ehtiyac olmayan insan resursları artır. Yəni demoqrafik artım ilə əmək resurslarının mövcud bazarın tələblərinə uyğun hazırlanması prosesi arasında bir disbalans yaranıb. Bunun aradan qaldırılması üçün müxtəlif tədbirlərin həyata keçiriləsi vacibdir".
Nazirin sözlərinə görə, işəgötürənlərin müasir dövrdə tələbləri də dəyişib: "Bu gün işəgötürənlər kadrların hazırlanması prosesində iştirak etmək istəmirlər. Onlar daha çox hazır, dərhal işə başlayacaq mütəxəssislər tələb edirlər".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı