Azərbaycan İdeyası

Hansı məhsullar daha çox bahalaşıb?

Tarix:10-10-2018, 16:16
Baxış Sayı:289


2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşıb.

Korupsiya-q.az Olaylar-a istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Ay ərzində unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma, yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, oyuncaqların, kitabların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, müalicə ləvazimatları və cihazlarının, minik avtomobillərinin, velosipedlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ