Azərbaycan İdeyası

Azərbaycanda məhsul bolluğu var - Qiymət qalxmayacaq

Tarix:11-11-2015, 10:36
Baxış Sayı:421

“Ötən illə müqayisədə bu il daha çox məhsul bolluğu müşahidə olunur. Artıq daha çox məhsul istehsal olunur.”
"Korrupsiya və Qanun" qəzetinə isinadən “Qafqazinfo” xəbər verir ki, bu sözləri SalamNews-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. KTN-nin nümayəndəsi meyvə tərəvəz bolluğundan və qiymətlərindən danışıb: “Bu il meyvə - tərəvəz çoxdur. Problem də yoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə elə bir qiymət artımı yoxdur. Məsələn, hazırda kartofun kiloqramı 73 qəpiyə satılır. Dövlət Statistika Komitəsinin qiymət artımı ilə bağlı açıqlamaları müvəqqəti xarakter daşıyır. Hər ay bəzi ərzaq məhsullarının qiymətində yerdəyişmə müşahidə edilə bilər. Lakin hər-hansı məhsulların qiymətində cüzi artımın olması istehsalın azlığı ilə əlaqəli deyil. Çünki bu il kartof, soğan, meyvə-tərəvəz məhsullarının istehsalı daha çox olub."
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin oktyabr ayı ərzində açıqladığı rəqəmlərə görə, düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkərin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, portağalın, bananın, xiyarın, pomidorun, badımcanın, şirin bibərin, soğanın, sarımsağın, kartofun qiymətlərində bahalaşma müşahidə edilib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı