Azərbaycan İdeyası

Pensiyalar nə qədər qaldırılır? - ÖZƏL

Tarix:15-02-2019, 14:33
Baxış Sayı:428

 Pensiyalar nə qədər qaldırılır? - ÖZƏL

Əmək pensiyalarının minimum həddi 116 manatdan 160 manata qaldırılır.
Bu barədə Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, bu da təxminən 38 faiz artım deməkdir:
“Bu artımdan 233 min pensiyaçımız yararlanacaq ki, onların doqquz mininin pensiyası, ümumiyyətlə, iki dəfə artmış olacaq.
Eyni zamanda, bu 233 minin içində əlilliyə görə pensiya alanlarımızın sayı daha çox üstünlük təşkil edəcək. Bu artım üçün dövlət büdcəsindən 41 milyon manatın ayrılması nəzərdə tutulur və bu artım bütövlükdə martın 1-dən qüvvəyə minəcək. Gələn il isə bu artımın məbləği 49 milyon manat təşkil edəcək.
Qeyd edim ki, bununla bağlı qanun layihəsi komitəmizin gündəliyinə daxil edilmişdi. Biz onu parlamentin fevralın 19-da keçiriləcək növbəti plenar iclasına tövsiyə etdik. İnşallah, ayın 19-da həmin məsələ müzakirələrdən sonra qəbul ediləcək və hüquqi qüvvəsinə minməsi üçün qanunvericilik təşəbbüsünün subyekti olan ölkə prezidenti cənab İlham Əliyevə göndəriləcək.
Bu, çox böyük və çox mütərəqqi addımdır. Bir neçə gün öncə ölkə başçısının fərmanı ilə ölkədə minimum əməkhaqqı birdən-birə 50 manat artırıldı, yəni minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı.
Bu artım həm də özəl sektora öz təsirini göstərəcək, burada çalışanların minimum əməkhaqqı 180 manat məbləğində olacaq. İndi isə növbəti addım olaraq, pensiyalar 116 manatdan 160 manata qaldırılır ki, bunun özü də çox böyük addım və hadisədir. Bu, Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibətinin daha bir bariz nümunəsidir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO