Azərbaycan İdeyası

Nazir: “Gələn il orta aylıq əmək pensiyası 241 manat olacaq”

Tarix:5-11-2018, 14:11
Baxış Sayı:456

  Nazir: “Gələn il orta aylıq əmək pensiyası 241 manat olacaq”


“Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin üçün büdcə gəlirləri 3 milyard 928 mil[right][/right]yon manat məbləğində proqnozlaşdırılır. Bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək. Nəticədə də ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq”.
Korrupsiya-q.az-ın məlumatına görə, bunu əmək və əhalininin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında deyib. Nazir bildirib ki, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək.
“Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin ana məqsədidir. Digər tərəfdən, İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır. Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq”.
S.Babayev deyib ki, 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir.
“Sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır. Ümumilikdə, ölkə əhalisinin 21 faizi sosial təminat vasitəsilə əhatə olunacaq”.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir