Azərbaycan İdeyası

Pensiyaları az hesablanmış şəxslərin diqqətinə

Tarix:24-04-2019, 12:16
Baxış Sayı:203


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əvvəlki illərdə qanunvercilikdə nəzərdə tutulandan aşağı pensiya təyin olunmuş şəxsləri müəyyənləşdirərək, onların pensiyalarının artırılmasına başlayıb.
Minval.info nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, qurum yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ötən dövrdə pensiya təyinatı, xüsusilə təyin olunmuş pensiyaların məbləğlərinin hesablanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması həyata keçirilir.
Araşdırma nəticəsində əvvəlki illərdə bir çox hallarda təyin olunmuş pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktları aşkar edilir. İndiyədək İdarə tərəfindən 300-dən çox şəxsin pensiyası üzrə belə fakt müəyyən edilib və onların pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılması təmin edilib. O cümlədən, ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyası yenidən hesablanmaqla, 45 faiz artırılıb.
Rəsmi məlumatda bildirilir ki, həmin artımların qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb: “Beləliklə, vətəndaşların əvvəlki illərdə pozulmuş pensiya hüquqları və onlara qarşı ədalətli yanaşma bərpa olunmaqla, onların pensiyalarında əhəmiyyətli artımlar edilib. Bundan məmnun qalan pensiyaçılar nazirliyə ünvanladıqları müraciətlərdə pensiya hüquqlarının bərpasına və onlarla bağlı ədalətli addımın atılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər. Hazırda müvafiq araşdırmalar davam etdirilir

OXŞAR XƏBƏRLƏR
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Bu gecə sonuncu Qədr gecəsidir
Bu gecə sonuncu Qədr gecəsidir
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ