Azərbaycan İdeyası

Azərbaycanda pensiya yaşı belə hesablanacaq – Yenilik

Tarix:15-10-2019, 12:20
Baxış Sayı:148

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

Korrupsiya-q.az “modern.az”a istinadən xəbər verir ki, 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq.
1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.
Belə ki, "Əmək pensiyaları haqqında” qanunun 4.1-ci maddəsində (Yaşa görə əmək pensiyası hüququ) göstərilib ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.
Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.

Azərbaycanda pensiya yaşı belə hesablanacaq – Yenilik [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO