Azərbaycan İdeyası

AİLƏ BAŞÇISINI İTİRƏNLƏRƏ PENSİYA HESABLANARKƏN YANLIŞLIQLARA YOL VERİLİR

Tarix:23-08-2017, 15:09
Baxış Sayı:724



Kürdəmir şəhəri Məhsəti küçəsi - 1 ünvanda yaşayan Qədirova Xuraman Ağakərim qızı redaksiyamıza göndərdiyi ərizədə göstərir ki, uzun illər dializ və şəkər xəstəliyindən müalicə alan həyat yoldaşı Qədirov Məhəmməd Əlihüseyn oğlu 2012-ci il noyabr ayının 13-də vəfat edib. Mərhum əri 1973-cü ildən daxili işlər orqanlarında (Kürdəmir rayon Daxili İşlər Şöbəsində) işləmiş, vəfat etdiyi ərəfədə 860 ( səkkiz yüz altmış) manat təqaüd alırmış. Qarabağ müharibəsi veteranı olan M.Qədirov şəkər xəstəliyinə məhz döyüşlərdə olduğu müddətdə tutulmuş, ömrünün son 3 il 6 ayı ərzində Bakı, Qəbələ, Şirvan dializ mərkəzlərində müalicə almış, Şirvan şəhər Mərkəzi Xəstəxanasının Dializ Mərkəzində olduğu vaxt dünyasını dəyişmişdir. X. Qədirova yazır ki, özü 160 (Bir yüz altmış) manat pensiya alırmış, həyat yoldaşı vəfat edəndən sonra ərinin pensiyasının cəmi 80 (səksən) manatını onun pensiyasına əlavə ediblər. Bununla qane olmayan X. Qədirovanın fikrincə, öz pensiyasına 301 (860x35%=301) manat əlavə olunmalı olduğunu düşünür və bu məsələnin çözümündə redaksiyanın köməyinə arxalanır. Redaksiyadan: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş ailə başçısının dul qalmış arvadının ölkədə müəyyən edilmiş yaşa görə pensiya yaşına çatdıqda, ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranır. Bu zaman pensiyanın məbləği mərhum həyat yoldaşının aylıq təminat xərcliyinin 35 faizi həcmində olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Belə çıxır ki, ən pis halda X. Qədirovaya 301 manat pensiya veilməlidir ki, bu da onun hazırda aldığı (160+80) pensiya məbləğindən 61 manat çox olacaqdı. *

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı