Azərbaycan İdeyası

Deputatlığa namizəd Ceyhun Çovdarov güllələndi

Tarix:20-10-2017, 16:58
Baxış Sayı:10 066


   Deputatlığa namizəd Ceyhun Çovdarov güllələndi

Oktyabrın 19-da axşam saatlarında Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.
Axar.az xəbər verir ki, naməlum şəxslər Qızılhacılı kəndindəki seçki qərargahının önündə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovu güllələyiblər.

Məlumata görə, deputatlığa namizədin dostları Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov da güllə yarası alıblar.
Yaralanan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Yaralılardan Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törədənlər haqqında məlumat yoxdur.
Gürcüstan DİN faktla bağlı araşdırma aparır.

***

Oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslərin açdıqları atəş nəticəsində daha bir nəfərin yaralandığı məlum olub.
Report-un məlumatına görə, hadisə zamanı kənd sakini Elmar Hüseynov da sol ayaq nahiyəsindən güllə yarası alıb.
Hazırda Ceyhun Çovdarov, qayınatası Azad Çobanov, digər kənd sakinləri - Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynov Marneulidəki xəstəxanadadırlar. Vəziyyəti nisbətən yaxşı olan Anar Məmişov xəstəxanadan evə buraxılıb. Digər yaralıların da vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Gecə saatlarında Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və cinayətkarların təcili tapılaraq istintaqa cəlb olunması barədə tapşırıqlar verib.

***

Gürcüstanın Marneuli rayonunda partiyanın seçki qərargahına silahlı hücum nəticəsində yaralanan 5 nəfərdən ikisinin vəziyyəti ağırdır.
Bu barədə təcili-tibbi yardım bölməsinin həkimi Teya Zaridze bildirib.
"Yeli vaxtla təqribən saat 23:30-da güllə yarası almış dörd pasient qəbul edilib. Onların ikisi əməliyyat olunub. Hazırda onlar reanimasiya şöbəsindədirlər və vəziyyətləri sabit ağır olaraq qalır. Söhbət qarın boşluğu nahiyəsindən güllə yarası alanlardan gedir", - həkim vurğulayıb.
Onun sözlərinə görə, digər iki pasient klinikaya ayaqlarından güllə yarası almış vəziyyətdə gətirilib və hazırda onlar da həkim nəzarəti altındadırlar: "Beşinci yaralı yüngül xəsarətlər aldığından artıq klinikanı tərk edib". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO