Azərbaycan İdeyası

Ermənilərin yaraladığı 13 yaşlı Raminin vəziyyəti necədir? - Açıqlama

Tarix:8-08-2017, 10:41
Baxış Sayı:323

 Ermənilərin yaraladığı 13 yaşlı Raminin vəziyyəti necədir? - Açıqlama

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində yaralanan Ramin Yusifovun vəziyyəti stabildir.
Bu barədə Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimin müalicə işləri üzrə müavini Mahirə Quliyeva deyib.
O bildirib ki, R.Yusifov aşağı ətraflardan çoxlu qəlpə yarası alıb.
“Dünən bizə daxil olanda vəziyyəti orta-ağır idi. Təcili olaraq lazımi yardım göstərilib. Hazırda stasionar şəraitdə müalicəsini davam etdirir”.
Qeyd edək ki, dünən Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb.
Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən təcili əməliyyat olunub.(AzVision.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı