Azərbaycan İdeyası

Zahid Orucdan müharibə anonsu

Tarix:1-06-2020, 13:32
Baxış Sayı:190


“Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi Aprel müharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmağa bütün güclərini səfərbər etdikləri bir vaxtda işğalçı ölkənin inqilabi hakimiyyəti Aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmağa çalışır”.
Korrupsiya-q.az - ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O, Ermənistanda yaranan situasiyanı təzadlı mənzərə kimi xarakterizə edib.
Bununla belə deputat qeyd edib ki, nəticə Azərbaycanın xeyrinədir.
“Əksər erməni mediasında Azərbaycanın Naxçıvanda yerləşdirdiyi “Kaplan”, “Qasırğa” və sair raket qurğuları müzakirə olunur.
Həmin raketlərin hədəfi vurma məsafəsi 120 km-dir, onun təhlükəsi haqqında silsilə yazılar gedir. Xatırladaq ki, Naxçıvandan İrəvana məsafə cəmi 42 km-dir”, - deyə Z.Oruc bildirib.
Deputat qeyd edib ki, öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi ilə ölkə başçısının son İrəvan çıxışı arasında əlaqə axtarır:
“Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel müharibəsi ilə bağlı istintaq prosesini izləməlidir. Bəli, yeni aprel, may, iyun döyüşləri üçün”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO