Azərbaycan İdeyası

Erməni general hədələdi: “Tezliklə müharibə başlayacaq...”

Tarix:9-07-2016, 22:24
Baxış Sayı:364

Qarabağda daha bir keçmiş səhra komandiri Ermənistan hakimiyyətini işğal edilmiş ərazilərin qaytarılması cəhdinin hərbi qiyama səbəb olacağı ilə hədələyib. Virtualaz.org xəbər verir ki, bədnam “Krunk” təşkilatının üzvü olmuş general, Qarabağdakı işğalçı erməni qüvvələrinin ilk komandanı Arkadi Karapetyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində ərazilərin qaytarılmasına dair danışıqların “ciddi müqavimətlə qarşılaşacağını” bildirib. Arkadi Karapetyan İrəvanda Zootexnik-Veterinar İnstitutunu bitirib, 90-cı illərin əvvəllərində “Krunk” separatçı birliyinin və “Daşnaksütun”un üzvü olub. Heç bir hərbi təhsili olmasa da general rütbəsi daşıyır. 1993-cü ildə Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsində işləyib, kəşfiyyat polkunun komandiri olub.
“Siz hesab edirsiniz ki, yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatların, yaxud müharibənin başlanması ehtimalı yüksəkdir?” sualına Karapetyan belə cavab verib: -Bəli. Əgər kiməsə elə gəlirsə ki, müharibə qurtarıb, o, adekvat adam deyil. - Bəs Ermənistan bu hərbi əməliyyatlara davam gətirə biləcəkmi? Karapetyan cavab verib ki, bu sualı Ermənistan müdafiə naziri Seyran Ohanyana və baş qərargah rəisi Yuri Xaçaturova vermək lazımdır. “Əgər qalib gələsələr şöhrət qazanacaqlar, məğlub olsalar cavab verəcəklər”-o deyib.

Baytar-general deyib ki, hakimiyyət ərazilərin qaytarılmasına cəhd etsə Qarabağda əksəriyyət buna qarşı çıxacaq. “Kim ərazilərin qaytarılmasının mümkünlüyü haqda danışırsa bu, onun öz problemidir. Mən bu barədə heç düşünmək belə istəmirəm və imkan verən deyiləm ki, kimsə güzəştə getsin”-Karapetyan deyib

Bəs hakimiyyət qərar versə ki, kompromislərə gedilsin və ərazilər qaytarılsın, Karapetyan buna necə müqavimət göstərəcək? Baytar-general bu suala cavab olaraq deyib ki, ərazilərin qaytarılmasına cəhd edən hakimiyyət devriləcək. “Bu halda hakimiyyətdə mən və yoldaşlarım olacaqlar, başqa kimsə yox...”-o deyib.

Qeyd edək ki, bundan əvvəl digər keçmiş səhra komandirləri də ərazilərin qaytarılması cəhdinin Ermənistanda hərbi qiyama və hakimiyyətin devrilməsinə səbəb olacağı haqda bəyanatlar veriblər. Ermənistanda az qala hər gün bir qrup keçmiş yaraqlı toplaşıb mətbuat vasitəsilə hakimiyyəti hədələyir, aprel döyüşlərində itirilmiş əraziləri geri almaq üçün döyüşə başlayacaqları haqda danışır. Ermənistan hakimiyyəti radikal səhra komandirlərinin bir neçəsini, o cümlədən “Şuşa batalyonu”nun komandiri Jirayr Səfilyanı hərbi çevrilişə cəhd ittihamı ilə həbs edib.

Erməni general hədələdi: “Tezliklə müharibə başlayacaq...”
Erməni general hədələdi: “Tezliklə müharibə başlayacaq...”
Erməni general hədələdi: “Tezliklə müharibə başlayacaq...”

OXŞAR XƏBƏRLƏR
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Sabah 27 dərəcə İSTİ OLACAQ
Sabah 27 dərəcə İSTİ OLACAQ
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
TƏBRİK EDİRİK+FOTO
TƏBRİK EDİRİK+FOTO