Azərbaycan İdeyası

VIDADI ABDULLAYEVIN ÖLKƏ PREZIDENTINƏ AÇIQ MÜRACIƏTI - VİDEO

Tarix:24-09-2020, 11:33
Baxış Sayı:3 162



Sabirabad rayonunun Qaragüney kənd sakini Abdullayev Vidadi Seyid Əvəz oğlu Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə ünvanladığı açıq şikayət məktubunu dərc etmək üçün həmçinin “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına göndərmişdir.
Heykəltəraş, memar, “Əvəzsiz Quran” Kooperativinin sədri, Qarabağ qazisi, keçmiş komandir kimi təqdim olunan Vidadi Abdullayev yazır ki, 1990-cı ildə təsis etdiyi kooperativin nəzdində yaratdığı istehsal müəssisələrində 400 nəfər ailə başçısını işlə təmin edib, kooperativin köməkçi binalarında və vaqonlarında yüzlərlə məcburi köçkünün müvəqqəti məskunlaşmasına şərait yaradıb. Qeyd edir ki, ona Sabirabad Rayon İcraiyyə Komitəsinin qərarı ilə Nizamikənd inzibati vahidliyində, “Osmanlı” dəmiryol stansiyasının şimalında, Şirvan-Sabirabad yolunun sağ tərəfində 20 hektar boş, yararsız ərazi 50 il müddətinə ayırılmışdır. Amma ötən 20 ilə yaxın dövr ərzində kooperativin ərazisi və həmin ərazidə yerləşən əkin sahələri, istixana, meyvə bağı, balıq vətəgələri, quşçuluq və maldarlıq təsərrüfatları, daş-kərpic, dəmir-beton, qapı-pəncərə sexləri, maşın qarajı və digər infrastrukur obyektləri yerli məmurların tamahına tuş gəlib və onlar kooperativin sadalanan daşınar və daşınmaz əmlakına əl qoyaraq satmağa başlayıblar. Həmin məmurlar sırasında ilk yerdə Sabirabad rayonunun sabiq icra başçısı Nazim İsmayılovun, hazırki icra başçısı Siraqəddin Cabbarovun, rayonun sabiq prokuroru Pərvin Quliyevin, rayon Polis Şöbəsinin sabiq rəisi N.Camalovun, RPŞ-nin hazırki rəisi Rauf İsmayılovun, Qaragüney Polis Bölməsinin rəisi Aqil Tağıyevin, Nizamikənd bələdiyyəsinin sədri Müslüm Rzayevin adlarını çəkən Vidadi Abdullayev xatırladır ki, hətta 2011-ci ildə Şıxsalahlı, Qaragünüy, Nizamikənd yaşayış məntəqələrinin 15000 nəfər əhalisinin 80 faizinin məşğulluğunu təmin edəcək İşçi Plan da tərtib edibmiş. Amma məsəl var: “Sən saydığını say, gör fələk nə sayır”.
Nəticə bu olmuşdur ki, 2019-cu ilin sentyabrında kooperativin ərazisi və əmlakı, o cümlədən, 29 il ərzində əkilmiş 4800-dən çox ağaclar zorla Abdullayevdən alınaraq Hacıqabul Quşçuluq Fabrikinin sahibi Adışırin Babaşovun qardaşı Vurğun Babaşova satılmışdır. Şikayətçi bildirir ki, hazırda həmin istehsal müəssisələri rekonstruksiya edilərək yerində obyektlər inşa olunmaqda, ağaclar məhv edilərək yerində istixanalar tikilməkdədir.
V.Abdullayev özünə və kooperativin üzvlərinə vurulmuş, onları az qala intihar həddinə gətirən zərərin miqyasının milyonlarla manat təşkil etdiyini bildirir və qeyd edir ki, onun kooperativin əmlakını və hüquqlarını qorumaq yönündə mübarizəsini əks edirən sənədlər – aidiyyati yuxarı instansiyalara yazdığı və aldığı 400-dən artıq cavab məktubları, haqsız məhkəmə qərarları, ərizə və izahatlar və s. bütöv bir arxiv təşkil edir. Şikayətçinin fikrincə, lazım gəldiyi təqdirdə aidiyyati orqanlara təqdim etməyə hazır olduğu həmin sənədlərin obyektiv araşdırılması təmin olunarsa, adlarını çəkdiyi keçmiş və indiki məmurlara qarşı dərhal cinayət işləri açılmalıdır.
Məsələ ilə bağlı maraqlı tərəflər mövqelərini bildirə bilərlər.
Mövzuya qayıdacağıq.

“Korrupsiya və Qanun”

Baş redaktor: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb