Azərbaycan İdeyası

Amerikada Azərbaycan haqda toplantı

Tarix:5-02-2015, 15:52
Baxış Sayı:0

Azərbaycanın bir sıra xəbər agentlikləri “The Washington Times” qəzetinin “Xəzər hövzəsində geosiyasətə və ABŞ-Azərbaycan münasibətlərinə” həsr olunmuş tədbiri barədə məlumat yayıblar.


Trend agentliyi Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən xəbər verib ki, tədbir Amerika Konqresinin Vaşinqtondakı "Capitol Hill" klubunda keçirilib. Tədbirə sədrliyi qəzetin redaktoru John Solomon edib. Bu görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun, Azərbaycan parlamentinin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidovun və millət vəkili Asim Mollazadənin çıxış etdikləri bildirilir.

Azəbaycan səfiri “son 20 ildə Bakı-Vaşinqton arasında mövcud olan dinamik əlaqlərdən”, xüsusən də enerji sahəsindəki əməkdaşlıqdan söz açıb. Səfir qarşılıqlı münasibətlərin inkişafı və böyük dəstək üçün Birləşmiş Ştatlara təşəkkürünü bildirib. O deyib ki, iki ölkə arasında əməkdaşlıq yalnız energetika sahəsini əhatə etmir.

Elin Süleymanov Azərbaycan Hava Yolları və Boeing şirkətləri arasındakı əməkdaşlığı, ABŞ-da hazırlanmış ilk Azərbaycan peykinin orbitə buraxılmasını misal göstərib. Səfir həmçinin Dağlıq Qarabağ münaqişəsinin çözümündə ABŞ-ın diplomatik səylərini təqdir edib.

Səməd Seyidov öz çıxışında deyib ki, Azərbaycan-ABŞ münasibətləri regionun gələcəyi üçün mühüm əhəmiyyətə malikdir. O deyib ki, “bu münasibətlər bəzən insan haqlarına aid daha az əhəmiyyətli məsələlərdən təsirlənir və Azərbaycanın Avropa və Birləşmiş Ştatlarla daha yaxın münasibətlər qurmaq səylərinə ziyan vurur”.

Asim Mollazadə Azərbaycanın hərbi kontingentinin Əfqanıstandakı xidmətindən, Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açıb. Tədbirin sonunda natiqlər iştirakçıların suallarını cavablandırıblar

OXŞAR XƏBƏRLƏR
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
TƏBİB-in sədr əvəzi kimdir?
TƏBİB-in sədr əvəzi kimdir?
Vüqar Qurbanovdan ilk - Açıqlama
Vüqar Qurbanovdan ilk - Açıqlama