Azərbaycan İdeyası

Koçanova: “Belarus və Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək potensialı böyükdür” - FOTO

Tarix:27-03-2021, 20:12
Baxış Sayı:112



Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Minskdə Belarus Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.

Bu barədə “BelTA” agentliyi məlumat yayıb.

“Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq və əməkdaşlıq dinamikasını qeyd etmək istəyirəm. Bu, tədqirəlayiqdir. Azərbaycan bizim üçün yaxın dostdur. Əlbəttə ki, bunun səbəbi ölkələrimizin prezidentləri arasındakı yaxşı münasibətlərdir”, - N.Koçanova bildirib.

Sədr qeyd edib ki, ölkələrin ticarət, iqtisadi və siyasi əməkdaşlıqda, humanitar sahədə hələ də böyük potensiala sahibdirlər:

“Əlbəttə, biz yaxşı münasibətlərimizi daha da inkişaf etdirmək üçün hər şeyi edəcəyik. 2020-ci ildə Belarus ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin 1,5 dəfə artaraq təxminən 450 milyon ABŞ dolları təşkil etdib. Bunun üçün çox vacib addımlar atılıb.

Mənim üçün neft emalı sənayesinin kuratoru olaraq, Azərbaycan neftinin emal zavodlarımıza tədarükünü təmin etməyimiz vacib idi. Maşınqayırma müəssisələrimiz arasındakı əməkdaşlıq səviyyəsi də təqdirəlayiqdir. Düşünürəm ki, əməkdaşlığımızda hələ çox perspektiv var”.

“Təəssüf ki, 2020-ci ildə pandemiya bizə bir qədər mane oldu. Ancaq düşünürəm ki, hər şey yoluna düşəcək və yaxın əməkdaşlığımıza davam edəcəyik. Belarus və Azərbaycan deputatlarının bütün təşəbbüslərini mütləq dəstəkləyəcəyik və onların həyata keçirilməsinə kömək edəcəyik. Azərbaycandan olan həmkarlarımızın səfərini təşkil etmək barədə düşünəcəyik. Sizi bir daha inandırıram ki, biz öz tərəfimizdən bu əməkdaşlığın uzunmüddətli, səmərəli olması və yaxşı münasibətlərimizin uzun illər davam etməsi üçün hər şeyi edəcəyik”, - deyə N.Koçanova vurğulayıb.

O, eyni zamanda, hər iki ölkənin gənclərinin fəal şəkildə əməkdaşlığının vacibliyinə əmindir.

Səfir Lətif Qəndilov görüşmək fürsətinə və ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyinə görə sədrə təşəkkür edib.

“Son 25 ildə ölkələrimiz arasında çox konstruktiv, məhsuldar və effektiv münasibətlər yaranıb. Dövlət başçıları onların xarakterini müəyyənləşdirdilər. Biz yalnız yaxın dost ölkələr deyil, həm də strateji tərəfdaşlarıq. Bu, bizim münasibətlərin xarakterini müəyyənləşdirir”, - deyə səfir bildirib.


Koçanova: “Belarus və Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək potensialı böyükdür” - FOTO
Koçanova: “Belarus və Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək potensialı böyükdür” - FOTO
Koçanova: “Belarus və Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək potensialı böyükdür” - FOTO

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 09:39
  Жалоба     
renovation projects Richmond Hill Canada
https://pinterest.ca/homerenostoronto/

complete bathroom renovation Ontario Canada
kitchen remodeling in Mississauga Canada
residential home renovations Richmond Hill Canada

bathroom restoration Mississauga Canada

kitchen home improvement Ontario Canada
kitchen home remodeling Vaughan Canada
home and renovation Thornhill Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>home and renovation Richmond Hill Canada</a>

kitchen remodeling in Ontario Canada
full bath remodel Etobicoke Canada
home remodeling services Vaughan Canada


#eZ5OKAYrV5acqAeL7
TƏBRİK EDİRİK+FOTO
TƏBRİK EDİRİK+FOTO
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI
PROFESSOR QƏZƏNFƏR PAŞAYEV GETDİKCƏ SƏRİŞTƏNİ İTİRİR – Yeni nəşr olunan “Tovuz Ensiklopediyası”na irad bildirərkən şəhidlərin ruhuna hörmətsizlik etdi
PROFESSOR QƏZƏNFƏR PAŞAYEV GETDİKCƏ SƏRİŞTƏNİ İTİRİR – Yeni nəşr olunan “Tovuz Ensiklopediyası”na irad bildirərkən şəhidlərin ruhuna hörmətsizlik etdi
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
aatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
aatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin             həcmi haqqında