Azərbaycan İdeyası

Bayıldakı evlərdə çatlar daha da dərinləşdi- Video

Tarix:5-02-2015, 15:59
Baxış Sayı:0

Son günlər Bakı və Abşeron yarımadasında yağan yağışla əlaqədar Bayıl qəsəbəsində sürüşmə sahələri aktivləşib. Ərazidə yerləşən evlərdə iri çatlar əmələ gəlib.


“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, sürüşməyə meyilli olan Badamdar yaylasında təhlükə hələ də qalmaqdadır. Buxta küçəsi, 212 ünvanında yerləşən 6 məcburi köçkün ailəsinin yaşadığı binada isə vəziyyət daha da acınacaqlıdır.

Sonuncu dəfə qarın yağmasından sonra ərazidə mənzillərin arxasında yerləşən divar bir qədər də sürüşüb. Nəticədə mənzildə yaşayan sakinlər hər an ölüm təhlükəsi ilə üz-üzə qalıblar. Evlərdə çatlar daha da dərinləşib. Yağış-qar yağanda isə vəziyyət daha da acınacaqlı olur. Çatlardan su evlərin içərisinə axır. Sakinlər artıq ərazidə qalmağın onlar üçün əsl təhlükə olduğunu bildirirlər. Deyirlər ki, əgər bir də yağış yağsa, o zaman divarlar uçulub evlərin üstünə töküləcək. Amma ərazi qəzalı olsa da, hələ ki, 6 məcburi köçkün ailəsi köçürülməyib.

Səbail Rayon İcra Hakimiyyətindən bildirdilər ki, həmin ailələrin təcili köçürülməsilə bağlı artıq Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə müraciət olunub. Hazırda bununla bağlı iş aparılır. Yəqin ki, yaxın vaxtlarda ailələr yeni evlə təmin olunacaqlar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO