Azərbaycan İdeyası

Sabiq deputat Çingiz Qənizadə YAP-a üzv oldu

Tarix:11-02-2021, 16:19
Baxış Sayı:226


Milli Məclisin sabiq deputatı Çingiz Qənizadə Yeni Azərbaycan Partiyasına (YAP) üzv olub.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Modern.az-a açıqlamasında qeyd edib. Ç. Qənizadə YAP-a üzv olmaq üçün Prezident İlham Əliyevə müraciət etdiyini bildirib:
“Mən partiya sıralarına qəbul olunmağım üçün YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına məktubla müraciət etdim. Bundan sonra prosedur qaydalar başlanıldı. Prosedura uyğun olaraq, Binəqədi rayonu ərazisində yaşadığım nəzərə alınaraq, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Aparatı ərazi ilk partiya təşkilatı İdarə Heyətinin 09.02.2021-ci tarixli iclasının qərarı ilə partiya sıralarına qəbul edildim.
10 fevral 2021-ci il tarixdə isə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının İdarə Heyətinin iclasında partiya sıralarına üzvlüyüm təsdiq edildi. Beləliklə, mən bundan sonrakı siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası sıralarında davam etdirəcəyəm”.

OXŞAR XƏBƏRLƏR
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı