Azərbaycan İdeyası

Rusiya XİN: Təmas xəttində yaşanan gərginlikdən narahatıq

Tarix:5-03-2015, 15:13
Baxış Sayı:595

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan gərginlikdən narahatdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

Onun sözlərinə görə, son vaxtlar qoşunların təmas xəttində atəşkəs rejimi mütəmadi olaraq pozulub: "Martın 1-nə olan son məlumata görə, atəşkəs rejimi növbəti dəfə pozulub. Təəssüf ki, itkilər var. Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik qoşunların təmas xəttində monitorinq keçirib. O, bununla bağlı xüsusi məruzə hazırlayacaq. Hesab edirəm ki, mövcud vəziyyətlə əlaqədar daha ətraflı məlumatı ATƏT-in monitorinq keçirən nümayəndələrindən almaq olar".

Diplomat tərəfləri gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb: "Tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına riayət etməyə çağırırıq". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO