Azərbaycan İdeyası

Qənirə Paşayeva MM-də rayon maşınlarının Bakıya buraxılmamasından danışdı

Tarix:20-10-2015, 15:25
Baxış Sayı:514

"Korrupsiya və Qanun" qəzetnin aldığı məlumata görə Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik və əlavələrin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib. O, həmkarı M.Quliyevin təklifini dəstəkləyərək bildirib ki, taksilər də ictimai nəqliyyat olduğundan orada siqaretin çəkilməsi qadağan olunmalıdır. Taksi sürücülərinin böyük əksəriyyəti sərnişin daşıyarkən siqaret çəkərək sərnişinlərin sağlamlıqlarına ziyan vururlar. Taksilərdən siqaretdən istifadə etməyən insanlar, qadınlar, uşaqlar, yaşlılar da istifadə edirlər. İnkişaf etmiş ölkələrdən olduğu kimi bizdə də taksilərdə siqaretdən istifadə qadağan edilməli və buna məhəl qoymayanlar cəzalandırılmalıdır. Qənirə Paşayeva rayon maşınlarının Bakıya buraxılmasındakı problemlərə də toxunub və bildirib ki, yerlərdə insanlar millət vəkillərinə bununla bağlı müəyyən narahatlıqlarını ifadə edən müraciətlər edirlər. Hesab edirəm ki, bu məsələnin tənzimlənməsi qayda və mexanizmlərinə yenidən baxılmalı, təkmilləşdirilməli və insanları narahat edən məsələlər ortadan qaldırılmalıdır. Qənirə Paşayeva bildirib ki, bütün taksilərdə taksometrlər olmalıdır və vətəndaş ödəməli olduğu gerçək məbləği görməliidir. Qənirə Paşayeva beynəlxalq avtomobil yollarındakı ən ciddi problemlərdən biri keçidlər məsələsini də qaldırıb. O, bildirib ki, beynəlxalq avtomobil yollarında heyvanların keçməsi üçün keçidlərin sayının artırılması vacibdir. Əks halda surəti yüksək olan bu yollardan istifadə edən sürücülərin də, heyvanlarını yoldan keçirmək istəyən insanların da təhlükəsizliklə bağlı daim problemləri olacaq. Eyni zamanda belə yolların keçdiyi yaşayış məntəqələrində insanlar üçün də təhlükəsiz keçidlərin sayının artırılması lazımdır. İnsanlarla yerlərdə görüşəndə buna nə qədər böyük ehtiyac olduğunu söyləyirlər.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı