Azərbaycan İdeyası

“Bu yoldan geri çəkilməyəcək” – Siyavuş Novruzov 06.02.15 | 09:12 | Xəbər 275 dəfə oxunub

Tarix:6-02-2015, 10:21
Baxış Sayı:0

"Avropa Parlamentində ayrı-ayrı qruplar var ki, bu gün anti-Azərbaycan fəaliyyəti ilə məşğul olur. Bunun da səbəbi odur ki, Azərbaycanın iqtisadi inkişafı, Azərbaycanda gedən islahatlar, Azərbaycanın beynəlxalq layihələrin həyata keçirilməsində özünün mövqeyi, rolu, Azərbaycanda keçiriləcək böyük beynəlxalq tədbirlər və ictimai-siyasi sabitlik bir çox ölkələri narahat edir".
S.Novruzov bildirib ki, həmçinin Azərbaycanın gətirdiyi gəlirlər və bu gəlirlərin düzgün olaraq infrastruktura sərf olunması, insan kapitalına çevrilməsi, təbii ki, bəzi ölkələri narahat edir və onların da parlamentariləri bəzi qüvvələrə, xüsusilə erməni lobbisinə, ayrı-ayrı dairələrə xidmət edərək istənilən anda Azərbaycana qarşı müxtəlif sanksiyaların tətbiq olunması üçün cəhdlər göstərirlər, bəyanatlar verirlər: "Bu da bizim üçün aydın olan məsələdir ki, o qruplara daxil olan insanlar artıq çoxdandır ki, həm Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, həm də Azərbaycanda insan hüquqları və digər məsələlərlə bağlı qərəzli, Azərbaycandakı real vəziyyəti əks etdirməyən mövqe nümayiş etdirirlər. Fikir verirsinizsə, son dövrdə Avropa Parlamentində mütəmadi olaraq ancaq Azərbaycan məsələsi müzakirə olunur. Götürək Ermənistanda və Gürcüstanda insan hüquqları ilə bağlı vəziyyəti. Orada dövlət və hökumət rəhbərləri həbs olunub və yaxud onlara qarşı cinayət işi qaldırılıb. Lakin bu, bir dəfə də olsun Avropa Parlamentində müzakirə obyekti olmayıb. Ermənistanda insan hüquqları kobud şəkildə pozulur, hərbi xunta hökm sürür, amma bu, Avropa Parlamentini maraqlandırmır".

Deputatın sözlərinə görə, bu da sırf ona görədir ki, müəyyən dövlətlər Azərbaycana təzyiq göstərməklə onun təbii sərvətlərindən güzəştli şəkildə istifadə etməyə cəhd göstərir və hesab edirlər ki, bu yolla Azərbaycana təsir edə bilərlər: "Ancaq onlar yanılırlar. Azərbaycanın tutduğu yol var və Azərbaycan da bu yoldan geri çəkilməyəcək".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı