Azərbaycan İdeyası

Daha 7 məmur təyinatı olacaq - SİYAHI

Tarix:23-10-2013, 10:30
Baxış Sayı:0

Oktyabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı.

Qaynar.info Modern.az-a istinadən xəbər verir ki, bu sərəncamla Nazirlər Kabineti hələ tam tərkibdə formalaşdırılmayıb.

Belə ki, ölkə başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat gerçəkləşdirib, eyni zamanda bu sərəncamla daha bir yer də - Dövlət Sosial Müdafiə Fondunun sədri postu da boşalmış oldu.

Bu isə o deməkdir ki, oktyabrın 23-də və ya önümüzdəki günlərdə ölkə başçısının Nazirlər Kabinetinin tərkibi ilə bağlı yeni sərəncamları olacaq.

Modern.az-ın məlumatına görə, hazırda Nazirlər Kabinetinin tərkibində daha 6 yer boşdur, başqa sözlə həmin vəzifələrin səlahiyyətlərini köhnə məmurlar icra edirlər.

Buna görə də prezident tezliklə aşağıdakı vəzifələrə də təyinatlar həyata keçirəcək:

1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınınsədri vəzifəsi - (Məleykə Abbaszadə icra edir);

2. Dövlət Sosial Müdafiə Fondu vəzifəsi – boşdur;

3. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - (Kamran İmanov icra edir);

4. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi - (Bəhram Xəlilov icra edir);

5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - (İnam Kərimov icra edir);

6. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (Akim Bədəlov icra edir);

7. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi - (İsgəndər Çəndirli icra edir).

Qaynar.info

OXŞAR XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Türkiyədə ZƏLZƏLƏ OLDU
Türkiyədə ZƏLZƏLƏ OLDU
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI