Azərbaycan İdeyası

“MTN-lə bağlı mənə şikayət olmayıb” - Elçin Behbudov

Tarix:26-10-2015, 13:51
Baxış Sayı:463

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “MTN işi”ndə adının hallanmasına münasibət bildirib.
"Korrupsiya və Qanun" qəzetinə istinadən E.Behbudov “Qafqazinfo”ya açıqlamasında deyib ki, onu bu məsələyə görə heç bir quruma çağırmayıblar: “Mən Eldar Mahmudovun nə dayısı oğluyam, nə əmisi oğluyam, nə də xalası oğluyam. Onunla nə də kommersiya əlaqələrim var. Mən hüquq müdafiəçisiyəm. MTN, DİN və Müdafiə Nazirliyi ilə də əməkdaşlıq edirəm. Bizim MTN-dəki fəalkiyyətimiz ancaq işgüzar əlaqələr olub, başqa şey ola da bilməz. Gedirdik, şərait yaradırdılar, monitorinqimizi keçirib gəlmişik. Nöqsan aşkarlananda da rəhbərliyə çatdırmışıq. Eldar Mahmudov nə edibsə, buna özü cavabdehdir. Məni heç yerə çağırmayıblar, barəmdə də araşdırma aparılmır, heç bir xəbərdarlıq da olunmayıb. Elçin Behbudov MTN-də monitoriqn keçirir deyə paxıllıq edirlər”.
Komitə sədri bildirib ki, Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra MTN-də monitorinq keçirməyib: “Biz ayda bir dəfə monitorinq keçiririk. Bu ay hələ ki ora getməmişik. Saxlanılan MTN vəzifəlilərlə görüşməmişəm. Çünki müraciət edən olmayıb, olsa baş çəkəcəyik. MTN-in istefada olan əməkdaşları zəng edib mənə deyirlər ki, Eldar Mahmudov nazirlik demək deyil. Amma ona görə nazirliyi təhqir edirlər, oradakı digər işçiləri aşağılayırlar”.
Hüquq müdafiəçisi qeyd edib ki, MTN-lə bağlı ona iki şikayət daxil olub: “MTN-də iş adamlarını şantaj ediblər, onun mənə nə aidiyyatı var? Bu illər ərzində heç bir iş adamı mənə MTN-lə bağlı şikayət etməyib. Bizə bir neçə dəfə şikayət olub ki, MTN-də onlara qarşı qeyri-insani hərəkətlər edilib. Onlardan biri Səid Dadaşbəylinin islamçı dəstəsi idi, bir də Pərviz Həşimli idi. O müraciətləri də mən rəhbərliyə çatdırmışam”.

Murad Əhməd [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO