Azərbaycan İdeyası

"Eldar Mahmudovun nə dayısı oğlu, nə əmisi oğlu, nə də xalası oğluyam"

Tarix:26-10-2015, 13:01
Baxış Sayı:435

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "MTN işi"ndə adının hallanmasına münasibət bildirib.
Korrupsiya və Qanun qəzetnin aldığı məlumata istinadən Milli.Az xəbər verir ki, E.Behbudov qafqazinfo-ya açıqlamasında deyib ki, onu bu məsələyə görə heç bir quruma çağırmayıblar: "Mən Eldar Mahmudovun nə dayısı oğluyam, nə əmisi oğluyam, nə də xalası oğluyam. Onunla nə də kommersiya əlaqələrim var. Mən hüquq müdafiəçisiyəm. MTN, DİN və Müdafiə Nazirliyi ilə də əməkdaşlıq edirəm. Bizim MTN-dəki fəalkiyyətimiz ancaq işgüzar əlaqələr olub, başqa şey ola da bilməz. Gedirdik, şərait yaradırdılar, monitorinqimizi keçirib gəlmişik. Nöqsan aşkarlananda da rəhbərliyə çatdırmışıq. Eldar Mahmudov nə edibsə, buna özü cavabdehdir. Məni heç yerə çağırmayıblar, barəmdə də araşdırma aparılmır, heç bir xəbərdarlıq da olunmayıb. Elçin Behbudov MTN-də monitorinq keçirir deyə paxıllıq edirlər".
Komitə sədri bildirib ki, Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra MTN-də monitorinq keçirməyib: "Biz ayda bir dəfə monitorinq keçiririk. Bu ay, hələ ki, ora getməmişik. Saxlanılan MTN vəzifəlilərilə görüşməmişəm. Çünki müraciət edən olmayıb, olsa, baş çəkəcəyik. MTN-in istefada olan əməkdaşları zəng edib mənə deyirlər ki, Eldar Mahmudov nazirlik demək deyil. Amma ona görə nazirliyi təhqir edirlər, oradakı digər işçiləri aşağılayırlar".
Hüquq müdafiəçisi qeyd edib ki, MTN-lə bağlı ona iki şikayət daxil olub: "MTN-də iş adamlarını şantaj ediblər, onun mənə nə aidiyyəti var? Bu illər ərzində heç bir iş adamı mənə MTN-lə bağlı şikayət etməyib. Bizə bir neçə dəfə şikayət olub ki, MTN-də onlara qarşı qeyri-insani hərəkətlər edilib. Onlardan biri Səid Dadaşbəylinin islamçı dəstəsi idi, bir də Pərviz Həşimli idi. O müraciətləri də mən rəhbərliyə çatdırmışam".

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir