Azərbaycan İdeyası

MTN bəy məzarlığını niyə dağıtdı?

Tarix:16-11-2015, 15:53
Baxış Sayı:385

Bu il avqustun 8-də bizim qəsəbənin qəbiristanlığı dağıdılıb. Məzarlıq yerlə-yeksan olunub, ölülərin sümükləri çıxarılaraq çölə atılıb.
Bu sözləri şikayət məktubunda Qobustan rayonu Ceyrankeçməz qəsəbə sakinləri qeyd ediblər.
Müraciət müəllifləri – Müşfiqabad məscidi dini icmasının sədri İlşad Süleymanov, Ceyrankeçməz qəsəbəsinin keçmiş sakinləri Cavad Rüstəmov, Gülbəs Məmmədova, Məhərrəm Məmmədov, Elxan Rüstəmov, Mərdan Rüstəmov və s. bu hadisənin araşdırılıb tədbir görülməsini tələb edirlər:
“53 qəbir alt-üst edilib. Bu cinayəti 90 SE 067, 90 TO 883, 10 RE 666 dövlət nömrə nişanlı maşınlarla törədiblər.
Amma üç aydır heç bir tədbir görülməyib. Bu vəhşiliyi, cinayəti törədənlər, ölənlərimizin ruhunu təhqir edənlər həbs olunmur.
Onlar bizi köhnə qəbiristanlığımızda qızıl axtarırmışlar. Ona görə də rəhmətə gedənlərimizin qəbirlərini dağıdıblar. Bu insanlığa sığışmayan addımdır, mənliyi olmayan adamlar belə edə bilər”.
Şikayətçilər qeyd ediblər ki, məsələnin arxasında Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsi dayanır:
“Özünü MTN-nin mayoru kimi təqdim edən Zamiq Hüseynov adlı şəxs bizi hədələdi, işin arxasında rəhbər işçilərin dayandığını bildirdi. Amma biz artıq avqustun 8-də DİN-in 102 qaynar xəttinə məlumat vermişdik və şikayətimizi də davam etdirdik. Qabustan polisi qısa müddətdə goreşənləri tapdı, çünki əlimizdə fakt vardı, qəbiristanlıq dağıdılan vaxt orda olan maşınların nömrəsi bilirdik.
Qobustan Rayon Polis Şöbəsi Zamiq Hüseynovu dərhal saxladı, izahatını da aldı, təəssüf ki, həbs etmədi”.
Kənd sakinlərinin sözlərinə görə, Zamiq Hüseynov bu işin arxasında MTN-nin Qobustan rayon şöbəsi sədrinin durduğunu bildirib:
“Zamiq Hüseynovun sözündə həqiqət olduğunu təsdiqləyən bir məqam var. Bu da ondan ibarətdir ki, qəbiristanlıq dağıdılanda orda olan maşınlardan biri MTN-nin Qobustan şöbəsinin rəhbəri Əfqan Məmmədova məxsusdur. Buna görə də biz Milli Təhlükəsizlik Nazirliyinə müraciət etdik. Şikayətimizə yalnız cənab general Mədət Quliyev MTN-nin rəhbəri təyin olunduqdan sonra reaksiya verildi. MTN-dən əlaqə saxladılar və bildirdilər ki, ən yaxın müddətdə general Mədət Quliyev bizi qəbul edəcək”.
Sakinlərin sözlərinə görə, Respublika Prokurorluğuna göndərilən müraciət araşdırılması üçün Qobustan Rayon Prokurorluğuna qaytarılır. Ancaq Qobustan prokurorluğunda işlə bağlı dəfələrlə bizi qəbul etsələr də, heç bir tədbir görmür, əksinə, iddialarımızdan geri durmağı tələb edirlər: “Ona görə də Baş Prokurorluğa son müraciətimizdə bu işin Qobustan Prokurorluğundan alınıb, başqa rayon prokurorluğuna verilməsini xahiş etmişik”.
Məsələ ilə bağlı Qobustan Rayon Prokurorluğundan Axar.az-a bildirildi ki, bu barədə onlara müraciət daxil olmayıb. Halbuki əməkdaşımız sakinlərlə söhbət edərkən Qobustan prokurorunun müavini şikayətlə bağlı sakinləri növbəti dəfə prokurorluğa gəlmələri üçün telefon açmışdı.
Qobustan Rayon Polis Şöbəsindən isə deyilib ki, hadisə barədə araşdırma aparılır.
Xatırladaq ki, Ceyrankeçməz qəbiristanlığı Zal bəylərinin məzarlığıdır. Ötən əsrin ortalarında Ceyrankeçməzdən magistral yolun keçməsini əsas gətirən Sovet rəhbərliyi qəsəbə sakinlərinin təxminən 2 kilometr aralıda yerləşən Şıxzərli kəndinə köçürülməsi barədə qərar çıxarıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Ceyrankeçməz ərazisindəki torpaqlar yenidən sakinlərə paylanılıb
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO