Azərbaycan İdeyası

Təyyarədə ən çox unudulan əşyalar - SİYAHI

Tarix:7-07-2016, 22:31
Baxış Sayı:395

Təyyarədə ən çox unudulan əşyalar - SİYAHI
Təyyarə ilə uzaq səfərə çıxdıqda yanımızda götürdüyümüz əşyaların da sayı çox olur. Bu zaman isə çox vaxt tələsdiyimizdən və ya başqa səbələrdən bəzi əşyaları elə nəqliyyat vasitəsində unuduruq. Maraqlıdır təyyarədə ən çox unudulan əşyalar hansılardır?

Dünyanın bir sıra aviaşirkətlərində araşdırma aparılıb və sərnişinlərin səyahət zamanı təyyarədə ən çox unutduqları əşyaların siyahısını hazırlanıb. Siyahıda ilk pilləni çətirlər tutub. Aviaşirkət əməkdaşlarının bildirdiyinə görə, son bir ildə minlərlə çətir sərnişin tərəfindən təyyarədə unudulub. Ən çox unudulan əşyalar arasında ikinci yerdə kitablar gəlir. Kitab oxumağın yaxşı vərdiş olduğunu deyən aviaşirkət işçiləri sərnişinlərdən həmin kitabları təyyarədə unutmamağı xahiş edirlər.Unudulan əşyalar sırasında mobil telefonlara da rast gəlmək mümkündür. Çox vaxt telefon sahibi bu əşyanı geri ala bilmək üçün geri dönməyə məcbur olur.Hər təyyarə sərnişininin olmazsa olmazlarından olan çamadanlar da unudulur. Unudulan çamadanlar arasında tapılan da olur, itən də. Sərnişinlərin unutduqları əşyalar arasında tək qaşlı briliant üzük və protez qızıl dişlərə də rast gəlmək mümkündür.

Qeyd edək ki, təyyarədə unudulan əşyalar sahibi tapılmadıqda satışa çıxarılır. Əldə olunan gəlirin 50 faizi küçələrdə yaşayan evsizlərə, həmçinin imkansız uşaqların təhsil almasına xərclənir. (atv.az)
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO