Azərbaycan İdeyası

Telefonunuzdakı “təyyarə rejimi”nin - Faydaları

Tarix:15-06-2016, 18:39
Baxış Sayı:418

Telefonunuzdakı “təyyarə rejimi”nin - Faydaları
Telefonunuzdakı təyyarə rejiminin üstünlükləri sadəcə təyyarədə olarkən istifadə edilməklə bitmir. Təyyarə rejiminin başqa faydaları da var.

Facebook Messenger, WhatsApp, Snapchat kimi sosial şəbəkələr sizə gələn mesajları oxuduğunuzu qarşı tərəfə bildirir.

Bəzi funksiyalar bu bildirişlərin getməsini əngəlləyə bilir. Lakin bu zaman siz də göndərdiyiniz mesajların oxunub-oxunmadığını görə bilmirsiniz.

Bu səbəbdən də hər hansı mesajı oxumadan öncə təyyarə rejimini açsanız, göndərənin bundan xəbəri olmayacaq. Bu yöntəm hər proqram üçün keçərli olmaya da bilər. Ancaq WhatsApp, SnapChat və bəzi populyar proqramlarda işinizə yarayacaq.

Təyyarə rejimindən çıxdığınız zaman “oxundu” bildirişi göndəriləcək, ancaq ən azından yazacağınız cavabı düşünəcək zaman qazanmış olacaqsınız.

Telefonun enerji ehtiyatına qənaət etmək və ya kinoteatrda film izlərkən kimsənin sizi narahat etməməsi üçün də təyyarə rejiminə keçə bilərsiniz.

İnternet bağlantısı ilə bağlı problem yaşayırsınızsa, təyyarə rejimini açıb bağlasanız bu problem aradan qalxacaq. Təyyarə rejiminin telefon üçün yenidən başlamaq kimi funksiyası da var.

Uşaqlarınızın telefonunuzdan istifadə edərək internet saytlara daxil olmasını və ya hansısa mağazadan onlayn sifariş verməsini istəmirsinizsə, yenə təyyarə rejiminə keçə bilərsiniz. Təbii ki, bu, telefon funksiyalarını biləcək yaşa gələn uşaqlar üçün keçərli olmayacaq. (Musavat.com)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı