Azərbaycan İdeyası

Xalq artisti Həmidə Ömərova: “Allah məni gözəl yaradıb” - ÖZƏL

Tarix:4-02-2020, 15:09
Baxış Sayı:97

“İndiyə kimi heç bir reklamda çəkilməmişəm. Amma bu yaxınlarda həmkarım Nürəddin Mehdixanlı ilə bir klipdə rol aldım. Qonorarı fikirləşsəydim, çoxdan reklam təkliflərini dəyərləndirib çəkilərdim. Bu barədə heç fikirləşməmişəm. Bir müddət öncə tiblə bağlı bir reklam gəlmişdi. Amma zaman məhdudluğundan təklifi rədd etdim”.
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Həmidə Ömərova deyib. Sənətkar aktyor və aktrisaların reklamlara çəkilməsini normal qəbul etsə də, amma bu işdə onları “100 ölçüb bir biçməyə” səslədi:
“Qonorar hamımız üçün çox önəmlidir. Yalandan deyə bilmərəm ki, pul mənim üçün önəmli deyil. Ən yüksək qonorar təklif edilsə də, özümə və mədəniyyətimə yaraşdırmadığım bir şeyi heç vaxt reklam etmərəm. Bu cür reklamlara nə çəkilərəm, nə də ki təklif edilən məhsulu reklam edərəm. Bilirik ki, dünya miqyaslı və şöhrətli aktyorlar və simalar reklamlara çəkilib, külli miqdarda pul qazanırlar. Bu isə onların imicinə mənfidən çox, müsbət təsir edir. Mənim səviyyəmdə, mənə yaraşan reklam təklifi gəlsə, təbii ki razılaşaram”.
“Aktyorlar çəkildikləri film və seriallardan aldıqları qonorarların az olduğundan şikayətlənirlər“ şərhinə isə H.Ömərovanın cavabı belə oldu:
“Hər bir sənətkar özünə, sənətinə dəyərini və qiymətini bilməlidir. Bəlkə də aktyor maddi imkanı yaxşı olmadığına görə, reklama çəkilir. Məsələni dərindən bilməyib, araşdırmayıb “Aktyor ucuz qiymətə film və seriala çəkilir” deyib, onu gözüm çıxdıya salmaq olmaz. Çəkildiyim serial və filmlərdən maaş yox, qonorar alıram. Əlavə nə çəkilişlər olursa, qonorarımı alır, vergimi də ödəyirəm”.
Hazırda bir çox incəsənət nümayəndələri plastik əməliyyat yolu ilə zamanı “dondurmağa” üstünlük verirlər. Xalq artisti isə plastik əməliyyat keçirməyəcəyini vurğulayaraq, “İstəyirəm ki, öz yaşımda olan obrazları yaradım” deyib, bu mövzuda fikirlərini belə davam etdirdi:
“Plastik əməliyyatların əsla əleyhinə deyiləm. Əksinə, leyhinəyəm. Çox sevdiyim Fransa kinosunun ulduzu, aktrisa Katrin Denyov bu zamana kimi 80-dən çox əməliyyat keçirib. O, bunu tamaşaçıların gözündə hər zaman gözəl, cavan və təravətli görmək üçün edib. Düzdür, Katrin yaşlanıb, amma üzündəki o gözəllik və nur hələ də qalıb.
Özümə qəldikdə isə hesab edirəm ki, plastik əməliyyata ehtiyacım yoxdur. Açığı deyim ki, plastik əməliyyatlardan çox qorxuram. Bir də ki, Allah məni gözəl yaradıb. Əgər mənə hər hansı kosmetik prosedurlar lazım olursa, onları peşəkar kosmetoloqun yanına gedərək mütləq şəkildə edirəm. Fikirləşirəm ki, yaşlı qadınam. İndi nənə yaşındayam, nəvələrim olacaq. İstəyirəm ki, öz yaşımda olan obrazları yaradım. Gənclik obrazlarını onsuz da illər öncə yaratmışam və onlar yaddaşlarda həkk olunub. İndi öz yaşımda olan “nənə” obrazını canlandırmaq istəyirəm”.
Xalq artisti H.Ömərova müsahibənin sonunda artıq üçüncü mövsümdür Şəfiqə obrazını yaratdığı “Ata ocağı” serialından danışıb, zaman qitlığından şikayətləndi:
“İnanın ki, vaxtımın çoxunu “Ata ocağı” serialına ayırmışam. Çəkilişlər intensiv və sürətlə gedir. Artıq üçüncü mövsümdür ki, “Ata ocağı” serialı Xəzər TV-də yayımlanır. Serialımızı izləyən yaşlı nəsil məni Həmidə Ömərova kimi tanıyırlar. Amma istər gənclər, istərsə də uşaqlar məni görən kimi “Şəfiqə xala”, “Şəfiqə nənə” deyə müraciət edirlər.

   Xalq artisti Həmidə Ömərova: “Allah məni gözəl yaradıb” - ÖZƏL

   Xalq artisti Həmidə Ömərova: “Allah məni gözəl yaradıb” - ÖZƏL

OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür