Azərbaycan İdeyası

Həyat ŞƏMİ

Tarix:14-05-2020, 10:57
Baxış Sayı:920

Pandemiya dövrünün şeirləri :

#EvdeQal

Bu gündən evdə qal,
günlərdən cümə...
Aç gözlərini,
oxu kitabları,
aç cümlələri!
O gəldi ki,
cümləmizin başına gələnləri görəsən -
indi mübtədamız o (koronavirus),
xəbərimiz də o.
Ölən var,
qalan var,
Sən də evdə qal!

Günlərdən şənbə...
Özünü və gözünü götür evdən düşəndə,
Eynəyini tax, amma gözüaçıq ol,
Maskanı gey,
əlcəyini gey,
telefona bax,
məsafə saxla məsafə tanımayan insanlarla...
Vaxtın bitdimi geri dönəcəksən onsuz da,
evdə qal!

Günlərdən bazar...
Evdə qal və tanı
Covid-19 adlı azar dolaşır dünyanı...
Sən elə bilirdin ki,
yalnız ətli-qanlı olur düşmən,
canlı olur düşmən?
Cəsədləri gördünmü, evdə qal!

Hazırlaş, günlərdən bazar ertəsi:
Ölən var, infarktdan amma,
dönən var –
Çıxır evdə qalmaq yaraşmayan acların səsi...
- Evdə qal,
sənə də düşəcək,
Tanrının yardım tikəsi.

Günlərdən ikinci gün -
çərşənbə axşamı,
Karantində beşinci,
Siz heç belə bir tonqallı gün gördünüzmü!?
Hardasa uzaqlarda yandırılır cəsədlər,
bağlanıb sərhədlər,
evdə qal!

Günlərdən çərşənbə,
Bir film izlə tarixi,
tarixi izlə,
xəbərdən aralan,
ondan uzaq dur!
bir muzeyi səyahət et virtual,
Evdə qal!

Günlərdən cümə axşamı,
Aç bağladığın qapıları, Tanrım!
Səndən uzaq qalanlara
bir məktub yazdır,
qara düymələr üzərində
bəyaz
barmaqlarla: #evdeqal
#nigaran qalma,
#ürəyimdəsən...
#ölümsüz bir sevda qal,
Tanrım!

12.04.2020

Karantində qal indi

Yenə könlümə düşdün,
Varmı başqa yol indi?
Qəlbimin köşəsində
Karantində qal indi!

Gecə-gündüz darıxma,
Sənə nə fərq edər ki!
Getmisən, yerdə qalan
Sənsizlik o qədər ki!

Hava gözəl, ağaclar
Çiçəklərlə bəzənir,
Yenə havalı gəl ki,
Əfv edə bilim səni.

Tanrının istədiyi
Olurmuş əvvəl-axır...
Elə bil Yer üzü də
Sənin üçün darıxır.

Çıxarıram yadımdan
Adını baş hərfiylə,
Sənə məktub yazmışam
Dolub zaman zərfiylə.


15.04.2020


Koronaviruslu Bakım

Diyar-diyar gəzdi
bəxtiyar insanlar və şəhərlər arasında,
Sənə də qıydı, Bakım!

Küçələrini yudu-sərdi Günəşə,
eyvanlardan asıldı insanlar,
çəkildi adamlar,
ağır gəldi zaman...
Küçələr quşların, otların,
daşların oldu.
Boğazından tutduğunu
atdı atəşə...

Nə gəldi sənə, Bakım!
üzüldün içindən,
sənə gələn mənə də gəldi,
özü də Çindən...

Daha gendən dur, oxucum!
Səsimdən öpmə,
hərflərə toxunma,
oxuma bu şeiri, oxuma!
Sənə də keçər...
Keçər, Bakım, keçər!..

17.04.2020

OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür