Azərbaycan İdeyası

KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib

Tarix:3-08-2026, 09:00
Baxış Sayı:3

KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
FIFA 2025-ci il klublararası dünya çempionatında iştirak etməyən klublara vəd olunan təxminən 250 milyon dollar həcmində həmrəylik ödənişlərini indiyədək etməyib.
Bu vəsait turnirdən əldə olunan gəlirin bir hissəsini bütün futbol sistemi üzrə bölüşdürmək, iştirakçı klublarla digərləri arasındakı fərqin həddindən artıq böyüməsinin qarşısını almaq məqsədi daşıyır.

Əvvəlcə nəzərdə tutulurdu ki, bütün ölkələrin yüksək liqalarında çıxış edən hər bir klub 67 500 dollar alacaq, lakin indiyədək heç bir ödəniş həyata keçirilməyib.

Turnir 2025-ci il iyunun 14-dən iyulun 13-dək ABŞ-də 32 komandanın iştirakı ilə keçirilib. Yarışın qalibi finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edən "Çelsi" olub.

"Daily Express" yazır ki, hazırda 2029-cu ildə keçiriləcək növbəti klublararası dünya çempionatının təşkili də təhlükə altındadır. Turnirin ev sahibi hələ müəyyənləşdirilməyib, həmçinin FIFA ilə Avropanın aparıcı klubları arasında iştirakla bağlı razılıq əldə olunmayıb.

Turnirə ev sahibliyi etməkdə Avstraliya və Yeni Zelandiya, Braziliya, Almaniya, Meksika və İngiltərə maraqlıdır. Lakin mənbənin məlumatına görə, ən real namizədlər Qətər və ya ABŞ-dir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı