Azərbaycan İdeyası

Azərbaycanda ilk dəfə "Imagine Cup" müsabiqəsi keçirilir 06 Fevral, 2015 14:44

Tarix:6-02-2015, 15:24
Baxış Sayı:0

Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı, "Microsoft Azerbaijan" şirkəti və “Nar Mobile” mobil rabitə operatoru "Microsoft Imagine Cup" innovasiya müsabiqəsinin milli seçim turunun başlanmasını elan edib.
“Report” xəbər verir ki, “Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir. Azərbaycanda sözügedən müsabiqə ilk dəfə təşkil olunur və milli seçim turu aprelin 23-dək davam edəcək. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar “Oyunlar”, “İnnovasiya” və “Dünya vətəndaşlığı” adlanan üç kateqoriya üzrə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun, “Microsoft” platforması üzərində innovativ proqram layihəsi və ya “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini hazırlamaq lazımdır.
Müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilər. Hər komanda eyni və ya müxtəlif universitetlərin 4 tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır.
Milli seçim turunun hər bir nominasiyasının qalibi ikinci turda – bu ilin may ayında onlayn keçiriləcək beynəlxalq yarımfinalda iştirak edəcək. Onlayn yarımfinalda qalib gələn komanda “Microsoft Imagine Cup” müsabiqəsinin yekun turunda – iyul ayında Sietl şəhərində (ABŞ) keçiriləcək finalda Azərbaycanı təmsil edəcək. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR
Rudolf 31 iyul 2023 07:29
  Жалоба     
Hello, constantly i used to check web site posts here
early in the break of day, as i like to gain knowledge of
more and more.

Take a look at my blog; replica lv bags
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
78 nəfər saxlanıldı
78 nəfər saxlanıldı
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO
Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO