Azərbaycan İdeyası

Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər

Tarix:Bu gün, 13:00
Baxış Sayı:0

Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Böyük Britaniya şahzadəsi Harri anası, Uels şahzadəsi Diana (1961-1997) haqqında sənədli ekran əsəri ərsəyə gətirmək üçün danışıqlar aparır.

Bu barədə "The Daily Telegraph" nəşri Böyük Britaniya kralı III Çarlzın kiçik oğluna yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, şahzadə Harri gələn il ölümünün 30-cu ildönümü tamam olacaq anasının xatirəsini bu yolla əbədiləşdirmək niyyətindədir. Mənbə nəşrə bildirib ki, hələlik heç nə tam təsdiqlənməyib və Harri bu mühüm yubiley ilində anasının xatirəsini yad etmək üçün ən təsirli vasitələri nəzərdən keçirməyə davam edir.

Məqalədə qeyd olunur ki, sözügedən filmi "Netflix" striminq platforması ala bilər. Nəşrin yazdığına görə, şahzadə Harri artıq bu məsələni anasının dostları və dayısı, qraf Çarlz Spenserlə müzakirə edib. Lakin Spenser televiziya layihəsində sadəcə danışan tərəf olmaqdan imtina edərək öz kitabını yazmağa üstünlük verib. "Qu quşunun nəğməsi: Diana, mənim bacım" (Swan Song: Diana, My Sister) adlı bioqrafik əsər sentyabrın 22-də rəsmi olaraq satışa çıxarılacaq. Buna baxmayaraq, kitabdan dərc edilən bəzi çıxarışlar artıq Bukingem sarayında narazılığa səbəb olub.

Qəzetə görə, bu ekran işi Uels şahzadəsi Uilyamla dayısının açıqlamaları qarşısında susan qardaşı şahzadə Harri arasındakı münasibətləri daha da gərginləşdirə bilər.

Nəşr Çarlz Spenserin bioqrafiyasını mənfi qiymətləndirib. Nəşr bu əsəri "Diana haqqında kitab deyil, eqo abidəsi", müəllifin yanaşmasını isə "öz şəxsinə aludəçilik və pafos" kimi xarakterizə edib. Öz növbəsində, "The Times" qəzeti qraf Spenserin memuarlarında Diananın hekayəsinin "Şekspirvari qan davasına" çevrildiyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir