Azərbaycan İdeyası

Azərbaycan İslam Oyunlarına tam hazırdır - Rəsmi

Tarix:12-01-2017, 17:39
Baxış Sayı:683

Azərbaycan İslam Oyunlarına tam hazırdır - Rəsmi

“IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçiriləcək. Azərbaycan bu mötəbər idman yarışının keçirilməsinə tam hazırdır. Bizim bu sahədə təcrübəmiz var və biz başqa ölkələrə yenə nümunə olacağıq”.
Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, hazırda 50-dən çox ölkə IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiqləyib: “İdmançılar, onların məşqçiləri, tibbi heyət də daxil olmaqla, 5000-ə yaxın insanın yarışlarda iştirakı gözlənilir. 20 sahədə 24 növ üzrə idman yarışları keçiriləcək. Oyunlar zamanı 16 idman obyekti və qurğusu idmançıların ixtiyarında olacaq. Bu idman obyektləri yeni deyil, onların hamısı I Avropa Oyunları zamanı inşa edilib və tam müasir standartlara cavab verir.
Atletlər kəndi də fəaliyyət göstərəcək. IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün çox böyük maraq kəsb edir. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi artıq uğuru təmin edən məqamdır. Biz I Avropa Oyunları zamanı bunun şahidi olmuşuq”.
Nazir müavini prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının cəmiyyət tərəfindən müsbət qarşılandığını da vurğulayıb: “Bu gün Azərbaycan islam dünyasının ən aparıcı ölkələrindən biridir. Azərbaycan həm Qərbi, həm də Şərqi təmsil edir”.
Oyunlar üçün 12 mindən artıq gəncin könüllü kimi qeydiyyatdan keçdiyini söyləyən İ. Babayev onların arasından təxminən 8 min gəncin seçiləcəyini deyib. Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək. (APA)

OXŞAR XƏBƏRLƏR
dfhf 4 fevral 2017 07:36
  Жалоба     
replica watches is too easy to let me think of such a noble word forever, in the hustle and bustle of the reality of the replica breitling watch can let us feel the quiet and lasting time. Men are naturally interested in science, technology, machinery, precision instruments, such as women's natural preference for fashion and yearning. In many film and television works, we often see such a scene: in Western dress and leather shoes hero opened the drawer, and to worry about choosing a rolex replica suitable watch. Indeed, there are a lot of replica rolex luxury watch brands, it is difficult to choose between the same delicate.
orologi replica 20 aprel 2017 10:58
  Жалоба     
To recommend a great watch replicawatch orologi replica
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
16.01.2026 - Bakıda şaxta olacaq
16.01.2026 - Bakıda şaxta olacaq
Dünən xeyli silah-sursat aşkarlanıb
Dünən xeyli silah-sursat aşkarlanıb
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...
Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ
Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər