Azərbaycan İdeyası

Jurnalistlərin diqqətinə: Akkreditasiya başlayır

Tarix:12-01-2017, 14:26
Baxış Sayı:391

  Jurnalistlərin diqqətinə: Akkreditasiya başlayır

Yanvarın 16-dan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyası prosesinə start veriləcək.
Korrupsiya və Qanun saytı “Bakı-2017”nin saytına istinadla xəbər verir ki, Oyunları işıqlandırmaq üçün təxminən 650 jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulur. Media nümayəndələri üçün yaradılan şərait və təklif olunan xidmətlərin təfərrüatları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Media Bələdçisi kitabçasında qeyd olunacaq və mətbuat nümayəndələrinə paylanacaq.
Qeydiyyatla bağlı müraciətlər martın 31-dək qəbul ediləcək. “Bakı-2017”ni işıqlandırmaq istəyən media nümayəndələri bu tarixdən gec olmayaraq akkreditasiya üçün müraciət etməlidirlər. Martın 31-dən sonra edilən müraciətlər qəbul olunmayacaq. Beynəlxalq media nümayəndələrinin müraciəti təmin olunarsa və təsdiqlənərsə, onlara Azərbaycana daxil olmaları üçün viza rolunu oynayacaq müvəqqəti giriş kartı göndəriləcək. Media akkreditasiya kartları isə Akkreditasiya Mərkəzində paylanılacaq.
Oyunlardan əvvəl mayın 9-da və 11-də Atletlər Kəndinə iki media tur təşkil olunacaq. Media nümayəndələrinin Milli Olimpiya komitələrinin qonağı kimi dəvət edilməsi halları istisna olmaqla, onların Atletlər Kəndindəki yaşayış ərazisinə girişinə icazə verilməyəcək. Lakin iki media turdan birində yaşayış ərazisinə giriş üçün imkan yaradılacaq. Hər turda media nümayəndələrinin sayı 100-dən çox olmayacaq. Turda iştirak etmək üçün media nümayəndələri martın 31-dən sonra [email protected] elektron ünvanından qeydiyyatdan keçməlidirlər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı