Azərbaycan İdeyası

"Ona Fəxri Xiyabanda yer ayrılmalı, dövlət səviyyəsində dəfn mərasimi təşkil edilməlidir"

Tarix:8-09-2017, 13:27
Baxış Sayı:613


 "Ona Fəxri Xiyabanda yer ayrılmalı, dövlət səviyyəsində dəfn mərasimi təşkil edilməlidir"


“Lütfi Zadənin nəşinin Azərbaycana gətirilib, onun dəfn olunması ilə bağlı xüsusi Dövlət komissiyasının yaradılmalı, adı əbədiləşdirilməli, eyni zamanda onun elmi irsinin Azərbaycana köçürülməsi ilə bağlı işlər görülməlidir”.
Belə bir təkliflə Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədov çıxış edib.
Onun sözlərinə görə, tarix boyu Azərbaycandan və hətta bütün Türk dünyasından çıxan dünya şöhrətli və ən qüdrətli alim Lotfi Aliasker Zadehin (Lütfəli Rəhim oğlu Əsgərzadə) dünyasını dəyişməsi yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün böyük itkidir.
“Lütfi Zadə bəşəri bir dahidir, o, artıq 7,5 milyardlıq dünya əhalisinin bəşəri bir şəxsiyyəti və alimi titulunu qazanıb. Lutfi Zadə adını tarixə Yer üzündə qlobal prosesləri dəyişə biləcək nəzriyyənin banisi, bütün bəşəriyyətə fayda verə biləcək kəşflərə böyük bir alim kimi imza atıb. Bu şəxs Azərbaycanın və bütün Türk dünyasının dünya və tarix boyu insan cəmiyyətinə təqdim etdiyi ilk böyük alim və şəxsiyyətdir. Təbii ki, gələcəkdə bütün bəşəriyyətə böyük fayda verə biləcək bu nəzəriyyədən və kəşflərdən yararlanma və genişləndirmə hüququna ilk növbədə onun ana vətəni və ikinci yaradıcılıq vətəni sahibdir. Böyük alim bu nəzəriyyənin əsasını qoyub, həmin nəzəriyyə bütün istiqamətlərdə inkişaf etdirilməlidr və genişləndirilməlidir. Alimin irsinin inkişafı, məktəbinin formalaşması və inkişafı təmin edilməlidir”- deyə, S.Məmmədov vurğulayıb.
Sabiq nazir bununla belə Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi, onun adının əbədiləşdirilməsi və elmi irsinin Azərbayacana köçürülməsi ilə bağlı da öz təkliflərini verib. O deyib ki, bunun üçün vacib olan tədbirlərin həyata keçirilməsi Azərbaycan hökümətinin üzərinə düşür:
“İlk olaraq onun dəfni ilə bağlı Dövlət Komissiyasının yaradılması və mərhumun cənazəsinin vətənə gətirilməsi, fəxri xiyabanda yer ayırılması, dövlət səviyyəsində dəfn mərasimin təşkili;
İkincisi, alimin adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər görülməsi;
Üçüncüsü, böyük alimin elmi irsinin Azərbaycana köçürülməsi üçün geniş tədbirlər planının həyata keçirilməsi, qeyri-səlis məntiq nəzəriyyəsi haqqında elm mərkəzinin Bakı şəhərinə köçürülməsi, bu məqsədlə Berkeley universiteti ilə birlikdə Bakıda ingilis dilli böyük bir universitet qurulması, qeyri səlis məntiq nəzəriyyəsinin tədqiqat mərkəzinin dünya miqyasında bu universitetə köçürülməsi, alimin dünyanın hər tərəfində məskunlaşmış tələbələrinin və yetişdirmələrinin bu universitetə dəvət olunması;
Dördüncüsü, Neft Fondundan bu universitetə Amerika standartlarına uyğun maliyyələşmə ayrılmasıni təmin etməlidir”.
Alim hesab edir ki, bu tədbirlər daha çox Azərbaycanın xeyrinə olardı. “Böyük alimin bütün elmi mirası öz doğma vətəni və uyğun olaraq bütün bəşəriyyət naminə istifadə edilmiş olardı”- deyə, professor bildirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO