Azərbaycan İdeyası

“Axı o, Lütfi Zadədir, Köçəryan deyil...”

Tarix:14-08-2017, 14:44
Baxış Sayı:707

  “Axı o, Lütfi Zadədir, Köçəryan deyil...”

“Lütfi Zadə azərbaycanlıdır, Azərbaycan da ona sahib çıxmalıdır. Lütfi Zadə rus dilli də olsa azərbaycanlıdır, qanı Azərbaycan qanıdır. Onun Azərbaycanda dəfn olunmasına qarşı çıxanlar çox səhv edir. Lütfi Zadə mütləq Azərbaycanda dəfn olunmalıdır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn olunmasına münasibət bildirərkən deyib:
Rəşid Mahmudov fikirlərini belə davam edib:
“Lütfi Zadə elə belə alim deyil, o, dünyəvi alimdir, bizim ən böyük dəyərimizdir. Lütfi Zadəni qəbul etməyənlər bizim dəyərlərimizə sahib çıxmır demək. Böyük mütəfəkkirlərimiz olan Nizamini, Füzulini, Nəsimini, Sabiri az qalırlar əlimizdən alalar. Biz isə mütəfəkkirlərimizə, məmləkətimizə sahib çıxmaq istəmirik, turist kimi yaşayırıq. Anlamırıq ki, bu vətənə, millətə, dəyərlərimizə sahib çıxmaq lazımdır. Vətən bizim namusumuzdur, Vətənimizi qoruya biliriksə, namusumuza da sahib çıxırıq. Yox əgər sahib çıxa bilmiriksə, namusumuz yoxdur.
Alimimizi başqasına verək, kimə verək, hara verək? Lütfi Zadənin adı Köçəryan deyil axı. Lütfi Zadənin Azərbaycanda dəfn olunmasını istəməyən vətənin də istəmir və dünya görüşü çox zəif adamdır”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı