Azərbaycan İdeyası

Azərbaycan ictimaiyyətinə ağır itki üz verdi

Tarix:3-10-2017, 13:56
Baxış Sayı:574

  Azərbaycan ictimaiyyətinə ağır itki üz verdi

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, əmək veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Səbayil rayon Təşkilatının sədri Ömər Ağacahangir oğlu Ağayev 2017-ci il oktyabr ayının 1-də 89 yaşında vəfat etmişdir. Ömər Ağayev 01 yanvar 1928-cı ildə Şamaxı rayonunun Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. 1944-cü ildə əmək fəaliyyətinə başlamış, 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. Vəzifə borcuna məsuliyyətlə yanaşması və təşkilatçılıq bacarığı nəzərə alınaraq, 1960-cı ildə hopdurucular briqadasının briqadiri təyin edilmişdir.
Ömər Ağayev yüksək əmək göstəriciləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də fərqlənmiş, Azərbaycanın və Sovetlər Birliyinin Ali İdarəedici orqanının qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Ömər Ağayev 3 yanvar 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan SSR-in və Azərbaycan Respublikasının bir sıra orden və medalları, o cümlədən 2 dəfə Lenin ordeni, 1976-cı ildə Azərbaycan SSR-in dövlət mükafatını almışdır.
Ömər Ağayev Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü idi.
Xidmətləri, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Ömər Ağayev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Səbayil rayon Təşkilatının sədri vəzifəsinə seçilmiş və uzun müddət bu sahədə çalışmışdır. Azərbaycan veteran hərəkatının genişlənməsində yaxından iştirak edən Ömər Ağayev sədr olduğu dövrdə rayon təşkilatının fəaliyyəti xeyli güclənmişdir. Ömər Ağayev doğulduğu Şamaxı rayonunun (hazırda Qobustan rayonu) Təklə kəndində dəfn olunmuşdur.
Ömər Ağayevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.

Allah rəhmət eləsin.

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO