Azərbaycan İdeyası

Uşaq estrada mahnıları festivalı keçiriləcək

Tarix:20-11-2018, 13:34
Baxış Sayı:268

 Uşaq estrada mahnıları festivalı keçiriləcək


Bakıda II "ZİMA" uşaq estrada mahnıları festivalı keçiriləcək. Festivalın təşkilatçısı "Beat Group"dur. Artıq festivalla bağlı hazırlıqlara başlanılıb və yaşı 6-dan 16-dək olan uşaqlar üçün əlavə kastinq elan edilib. Bunun üçün hər hansı bir dildə ən sevimli mahnını oxuyaraq videoya çəkmək və onu (050) 238 08 08 "WhatsApp" nömrəsinə göndərmək lazımdır.
Müraciət təsdiqlənəndən sonra təşkilatçılar "ZİMA"nın potensial iştirakçısı ilə əlaqə saxlayacaq və onu canlı dinləmələrə dəvət edəcəklər. Festival gələn ilin fevralın 16-da Heydər Əliyev Sarayında keçiriləcək və şəhərin mədəni tədbirləri sırasında parlaq bir hadisə olacaq. Festival beynəlxalq səviyyədə olacaq və gecədə Azərbaycan pop ulduzlarının çıxışı gözlənilir.
"ZİMA" müsabiqə deyil, mahnı festivalı olduğundan qalib elan olunmayacaq, hər iştirakçı festivalın diplomuna layiq görüləcək.
Layihə üzərində peşəkar mütəxəssislər qrupu - quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Ülviyyə Könül, musiqi prodüseri Rüstəm Rzayev, vokal müəllimi Ukrayna Əməkdar artisti Rimma Şapovalova çalışır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO