Azərbaycan İdeyası

Heydər Əliyev Sarayında Yeni il şənliyi olacaq

Tarix:10-11-2015, 17:42
Baxış Sayı:511

Yanvarın 2,3,4 –də Heydər Əliyev Sarayında uşaqlar üçün "Nağıl qəhrəmanlarının səyahəti" adlı Yeni il şənlikləri keçiriləcək.
"Korrupsiya və Qanun" qəzetinə istinmadən “Qafqazinfo” xəbər verir ki, "Nağıl qəhrəmanlarının səyahəti" adlı tamaşada Cırtdan və dostlarının (Qırmızı papaq, Buratino, üç keçi balası və s.) başına gələn yeni il sərgüzəştləri nümayiş olunacaq. Bundan əlavə, Sarayın səhnəsində quraşdırılan ən böyük əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə maraqlı, rəngarəng, interaktiv tamaşanın iştirakçısı olacaq və əylənəcəklər. Bir çox başqa surprizlər, bu Yeni il şənliklərini uşaqlar üçün maraqlı və yaddaqalan edəcək.
Nəzərinizə çatdıraq ki, Heydər Əliyev Sarayında yanvarın 02,03,04 –də baş tutacaq nağıl tamaşanın məşqləri başlayıb. Səhnədə 200-dən çox iştirakçısı olacaq nağıl tamaşanın biletlərini şəhərin kassalarından əldə edə bilərsiz.
Saat 13 00-da başlayacaq konsertin biletləri 5-25 manat arasında satışa çıxarılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı