Azərbaycan İdeyası

Azərbaycanlı jurnalist Özbəkistan haqqında kitab yazdı

Tarix:18-11-2019, 13:57
Baxış Sayı:113


Tanınmış jurnalist Vüsal Tağıbəylinin "İki çay arasında cənnət" adlı növbəti kitabı çapdan çıxıb. "OLAYLAR"-a daxil olan məlumata görə, Özbəkistan səfərinin yekunu olaraq təəssüratlarını oxucularla bölüşən müəllif, bu ölkədə gəzib-gördüyü şəhər və kəndlərin tarixi abidələri, mədəniyyət və məişəti, iqtisadiyyatı, turizm potensialı, ən əsası isə insanların özünəməxsus, ənənəvi adət-ənənələri barədə oxuculara məlumat verməkdədir.
Müəllif 14 fəsildən ibarət kitabında Özbəkistanın bütün vilayətləri haqqında ayrıca söhbət açır. Qeyd edir ki, ölkənin harasında yaşamasına baxmayaraq insanlar Azərbaycan haqqında yalnız xoş sözlər deyir, Bakını görmək arzularını dilə gətirirdilər. Hətta yaşlı insanlar SSRİ zamanında azərbaycanlı dostlarının olduğunu deyər, onlarla bağlı xoş xatirələr danışırdılar.
Müəllif əsəri boyunca Özbəkistanın bütün şəhərlərində təmizliyə maksimum fikir verilməsindən, hətta, məsələn, paytaxt Daşkəndin küçələrində yerdə adi siqaret qalığını belə görməməsindən ağız dolusu söz açır. "Şəhərlərdə bağ və parklarda, enli küçələrin kənarlarında sırayla əkilmiş, biz azərbaycanlıların da sevə-sevə yediyi al-əlvan rəngli reyhanların ətri adamı bihuş edir" yazan müəllif əlavə edir ki, bu ölkənin şəhərlərində ağacı kəsmək cinayət sayılır və ona görə də hər yerdə onillərə, hətta əsrlərə şahidlik etmiş çinarlar adamı heyrətə salmaqdadır.
Əsərdə Fərqanə vaidisinə geniş yer ayrılıb. Dünyanın ən hündür dağlarının arasında yer alan bu vadini əfsanəvi cənnət adlandıran müəllif yazır ki, Sırdərya çayı və qollarının suvardığı Fərqanədə bir qarış da olsun torpaq istifadəsiz qalmır - mütləq ya meyvə ağacları, ya da üzüm tingləri əkilir. Ucsuz-bucaqsız pambıq plantasiyaları, üzümliklər və xüsusən son illər sahələri sürətlə genişləndirilən meyvə bağları, Fərqanə vadisinin əhalisi üçün həm iş yeri, həm də qazanc və ərzaq bazası rolunu oynayır.

OXŞAR XƏBƏRLƏR
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
78 nəfər saxlanıldı
78 nəfər saxlanıldı
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO
Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO