Azərbaycan İdeyası

Son döyüşü azərbaycanlı ilə olan MMA idmançısı öldürüldü

Tarix:11-09-2019, 16:50
Baxış Sayı:187


Özbəkistanın paytaxtı Daşkəndin Şayxantaxursk rayonunda MMA döyüşçüsü Müslüm Amanov bıçaq zərbəsi ilə öldürülüb.

“Qalampir”in xəbərinə görə, 23 yaşlı idmançının qətlinin təfərrüatı hələlik bəlli deyil.

“Səttarov” komandasını təmsil edən Müslüm Amanov MMA-da altı döyüş keçirib. O, bunlardan dördündə qələbə qazanıb, ikisində uduzub. Onun son döyüşü iyulun 6-da Dağıstanda keçirilmiş “Qorets” turnirində olub. Amanov həmin döyüşdə azərbaycanlı Cəfər İsmiyevi məğlub edib.

Qeyd edək ki, bu, Daşkənddə ilk belə hal deyil. Ötən ilin avqustunda “Aurum 898” gecə klubunda Özbəkistan çempionu, MMA döyüşçüsü Cəmşid Kencayev öldürülmüşdü. Bu cinayətlə bağlı dörd insan mühakimə olunmuşdu. Onlardan üçü beş, biri isə 18 il məhkum olunmuşdu.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı