Azərbaycan İdeyası

Tanınmışlar Murad Dadaşovu yeni təyinatla bağlı təbrik etdilər

Tarix:9-01-2020, 12:13
Baxış Sayı:132


Bir neçə gün əvvəl Xəzər TV-də rəhbərliyin dəyişilməsi ilə bağlı məlumat yayılsa da, hələ də bu barədə rəsmi açıqlama yoxdur. Mediada yayılan məlumatda qeyd olunurdu ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli vəzifəsindən azad edilib və onu Xalq artisti Murad Dadaşov əvəzləyib.
Korrupsiya-q.az xəbər verir ki, “Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Murad Dadaşovla əlaqə saxlamaq istəsə də, o, telefonlara cavab verməyib. Sözügedən məlumatı iki gündür nə təsdiq, nə də təkzib edən var.
Maraqlıdır ki, Xəzər TV-də hər kəs yeni təyinatdan məlumatlıdır və dünən Dadaşovun “Xəzər Media Mərkəzi”nin kollektivi ilə görüşü gözlənilsə də, bu, reallaşmayıb. İddia olunur ki, Xalq artisti yaxın günlərdə rəsmi olaraq Xəzər TV-nin başına keçəcək.
Bundan əlavə, Azərbaycanın tanınmış şou-biznes nümayəndələri də sosial şəbəkədə Murad Dadaşovu təbrik ediblər. Dadaşova yaxın olan məşhurlar isə onunla birbaşa əlaqə saxlayaraq yeni təyinatı ilə bağlı uğurlar arzulayıblar. Aparıcı-aktyor isə xoş arzulara görə onlara təşəkkür edib.

OXŞAR XƏBƏRLƏR
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı