Azərbaycan İdeyası

Süni mayalanma üçün donorluq qadağan edilir

Tarix:25-12-2015, 10:49
Baxış Sayı:9 539

Süni mayalanma üçün donorluq qadağan edilir



Azərbaycanda ekstrokorporal (süni) mayalanma zamanı istifadə edilən reproduktiv hüceyrələr üçün donorluğun həyata keçirilməsinə qadağa qoyula bilər.
"Korrupsiya və Qanun" saytının aldığı məlumata görə AzVision.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə təqdim olunması üçün yenidən hazırlanması nəzərdə tutulur. Layihənin yeni varinatında mübahisə doğuran bütün məsələlərin həll ediləcəyi gözlənilir.
Onun sözlərinə görə, layihəyə ekstrokorporal mayalanma üçün donorluğun qadağan edilməsi, ekstrokorporal mayalanmanın həyata keçirilməsi üçün yalnız ata və ananın hüceyrələrindən istifadə edilməsi məsələsinin daxil edilməsi nəzərdə tutulur: “Ata və ananın hüceyrəsi ekstrokorporal mayalanma üçün fəaliyyət qabiliyyətində deyilsə, onda donor üçün başqa insanın yumurta hüceyrəsi, yaxud kişi cinsi hüceyrəsi götürülür. Ancaq ana və atanın öz hüceyrələrindən mayalanma baş verirsə, bu, artıq donorluq hesab edilmir. Qafqaz Müsəlmanları İdarəsi də donoqluq məsələsinə razılıq vermirdi. Buna görə də biz donorluğu layihədən çıxarda və Azərbaycanda donorluğa qadağa qoyulması məsələsinə baxa bilərik”.
Deputat islam ölkələrinin çoxunda donorluğa icazənin verilmədiyini də söyləyib.
M.Quliyev əlavə edib ki, qanun layihəsinin hazırkı variantında ekstrokorporal mayalanmanın həm dövlət, həm özəl, həm də bələdiyyə klinikalarında tətbiqinə icazə verilir. Amma Səhiyyə Nazirliyi bununla razılaşmayaraq, ekstrokorporal mayalanmanın tətbiq olunacağı klinikaların müəyyənləşdirmə səlahiyyətinin Nazirlər Kabinetinə verilməsini təklif edir: “Bu, doğru yanaşmadır. Çünki özəl və bələdiyyə klinikalarında bunun üçün lazımi şərait olmaya bilər. Bu baxımdan həmin xidmətin göstərilməsi üçün lisenziyanın verilməsi məsələsinin hökumətin səlahiyyətinə verilməsi düzgündür. Yəqin ki, bu məsələ də öz həllini tapacaq”.
Onun sözlərinə görə, qanun layihəsinə sosial baxımdan aztəminatlı, sonsuz ailələrə ekstrokorporal mayalanmanın bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) həyata keçirilməsi üçün şans verilməsi məsələsi daxil edilmişdi. Amma Maliyyə Nazirliyinin bu məsələyə iradı olub və bildirilib ki, icbari tibbi sığorta hesabına bunu həyata keçirmək olar: “Biz artıq bunu da razılaşdırma ərəfəsindəyik. İcbari tibbi sığorta yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Artıq problem qalmayıb. Biz bu məsələləri əlaqədar nazirliklə də razılaşdırmalıyıq. Yəqin ki, gələn ilin yanvar ayı ərzində bütün məsələləri razılaşdıracağıq”.
M.Quliyev layihəyə əvvəlcə daxil edilmiş “surroqat ana” məsələsinin artıq müzakirə mövzusu olmadığını da deyib.
Xatırladaq ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin son variantına görə, somatik və psixi cəhətdən sağlam, ailəli, azı bir uşağı olan, yaşı 35-dək olan kişilər və qadınlar müvafiq tibbi və genetik müayinədən keçdikdən sonra mayalanma xüsusiyyətinə malik reproduktiv hüceyrələrin donoru ola bilərlər.
"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Francis 15 iyun 2017 13:01
  Жалоба     
Before I begin to go through key things to pay attention to when looking at Christian Louboutin Outlet.I would like to note that you do not need to pay attention to the slouchiness of the bags. This is not a sign that will indicate whether the bag you are examining is fake or real. The bags featured both are made with Togo leather however the difference is that one bag is brand new, thus the leather is still quite stiff and so the shape of the replica handbags is also more stiff. However as your Togo leather Birkin ages the bag naturally becomes more slouchy and this is part of the look of the Togo leather that many Hermès fans love, while some others prefer to keep the shape of the bag stiff and opt for other leathers which are better at keeping the shape! Look below at a well aged authentic Birkin in Togo leather to see how the slouchiness tends to look. If you want know more informations on:www.shopairmaxshoes.co.uk.If your brand new Hermès bag's shape is really out of whack however this is a sign that your bag is most likely fake since the bag should have a clean shape when it is new!
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO