Azərbaycan İdeyası

Taksilərdə siqaret çəkmək qadağan olunacaqmı?

Tarix:23-10-2015, 16:57
Baxış Sayı:482

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda taksilərdə siqaret çəkilməsinin qadağan edilməsi təklif olunur. Bu təkliflə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev çıxış edib.
M.Quliyev Trend-ə bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində taksi xidməti yüksək keyfiyyətli xidmət hesab edilir.
Onun sözllərinə görə, həm taksi maşınının vəziyyəti yaxşı səviyyədə olmalıdır, həm də sürücünün davranışı, mədəniyyət səviyyəsi, səliqəliliyi olmalıdır: “Burada ən vacib məsələlərdən biri də taksilərdə siqaret çəkilməsinin qadağan olunmasıdır. Mən bu təkliflə Milli Məclisdə çıxış etmişəm. Bu həm taksi sürücüləri, həm də sərnişinlər üçün vacidbir. Çünki taksi kiçik qapalı bir məkandır. Əgər taksidə bir nəfər siqaret çəkirsə, orada olanların hamısı siqaret tüstüsündən zəhərlənir. Orada uşaqlar da, qadınlar da olur”.
Qeyd edək ki, qapalı məkanlarda siqaret çəkməyi qadağan edən qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı