Azərbaycan İdeyası

İki aylıq körpə üzərində aparılan ürək əməliyyatı onu yenidən həyata qaytarıb (FOTO)

Tarix:4-03-2019, 13:29
Baxış Sayı:247


İki aylıq körpə üzərində aparılan ürək əməliyyatı onu yenidən həyata qaytarıb.
Anası bir həftə əvvəl doğulmuş Ramiqi Bərdə rayonunda kardioloqa aparıb müayinə etdirəndə körpəyə ağır anadangəlmə ürək qüsuru diaqnozu qoyublar. Uşağı Bakıya gətirərək müxtəlif xəstəxanalara üz tutublar. Həkimlər körpənin iyirmi gün ərzində təcili əməliyyat edilməsini, lakin onun yaşamaq ümidinin çox az olduğunu bildiriblər. Böyük arteriyaların transpozisiyası diaqnozu ilə doğulanların bədənə gedən damar sağ mədəcikdən, ağciyərlərə gedən damar isə sol mədəcikdən çıxır və bunun nəticəsində paralel qan dövranı yaranır. Həkimlər onun əməliyyat edilməsini məsləhət görüblər.
Mərkəzi Gömrük hospitalının ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi həkimlər briqadası həmin əməliyyatı aparmağı öz üzərinə götürüb. Altı saat davam edən ağır əməliyyatdan sonra xəstə reanimasiyada 20 gün süni tənəffüs aparatına qoşularaq yaşayıb. Cərrahların, eləcə də neonatoloq və reanimotoloqların birgə səyi ilə körpə yenidən həyata qaytarılıb.
İki ayı yenicə tamam olmuş Ramiq Əlizadə əməliyyatdan sonra normal vəziyyətdə ailə üzvlərinə qovuşub. (Azərtac)

İki aylıq körpə üzərində aparılan ürək əməliyyatı onu yenidən həyata qaytarıb (FOTO) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO