Azərbaycan İdeyası

Nazirlik: Elmi-Cərrahiyyə Mərkəzində mindən artıq uşaq ödənişsiz ürək əməliyyatı edilib

Tarix:27-01-2016, 17:42
Baxış Sayı:404

Nazirlik: Elmi-Cərrahiyyə Mərkəzində mindən artıq uşaq ödənişsiz ürək əməliyyatı edilib




"Korrupsiya və Qanun" saytının aldığı məlumata görə son 5 ildə M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində mindən artıq uşaq ürək əməliyyatı olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, bu əməliyyatların 100-nü qapalı, qalanları isə açıq ürək əməliyyatları təşkil edib.
Məlumata görə, keçən il Mərkəzdə ümumilikdə uşaqlar üzərində keçirilən əməliyyatların sayı 300-ü keçib. "Mərkəzdə hətta 1 günlük, 4 günlük uşaqların ürəklərində əməliyyat aparılır. Bütün əməliyyatların təchizatı tamamilə dövlət hesabına, ödənişsiz həyata keçirilir", - deyə məlumatda bildirilib.
Həyata keçirilən tədbirlər nəticəsində ürək əməliyyatı gözləyən uşaqların sayı azalıb. Əgər 2011-2012-ci illərdə Azərbaycanda 700-800 uşaq kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyirdisə, indi bu göstərici 100-ə qədər enib.
Qeyd edək ki, Mərkəz 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncam və Səhiyyə Nazirliyinin müvafiq əmri əsasında yaradılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı