Azərbaycan İdeyası

HƏKİMLƏRƏ ŞAD XƏBƏR- MAAŞLAR…

Tarix:19-06-2019, 14:01
Baxış Sayı:217


Bir çox dövlət qulluqçularının maaşının artırılması tibb işçilərinin əməkhaqqının artırılmasını da gündəmə gətirib.
Korrupsya-q.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev bildirib ki, səhiyyə islahatları sosial islahatların çox mühüm bir sahəsidir. Onun sözlərinə görə, səhiyyə islahatları da Prezidentin nəzarətindədir:
“Uzun illərdir bu islahatlar davam edir. Gələn ilin yanvarın 1-dən icbari tibbi sığorta işə düşəcək. Səhiyyə sisteminin tam icbari tibbi sığortaya keçidi gözlənilir. İcbari tibbi sığorta işə düşəndən sonra tibb işçilərinin də maaşı ən azı 3 dəfəyə qədər qalxacaq.
Hətta daha çox yüksələcək. Gələn ilə gözlənilir, bu icbari tibbi sığorta ilə bağlıdır. Bundan sonra tibb işçilərinin maaşları kifayət qədər artacaq”.
Deputat əlavə edib ki, maaş artımı icbari tibbi sığortayla çalışan bütün sektorlara aid olacaq və qalanları da ona adekvat olaraq dövlət büdcəsindən artırılacaq.
“Elə klinikalar var ki, onlar icbari tibbi sığortaya keçməyəcək və dövlət proqramı ilə maliyyələşəcək. Həmin klinikalarında da əməkhaqqılar digərlərinə uyğun olaraq artırılacaq”, deyə M.Quliyev vurğulayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO