Azərbaycan İdeyası

Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayn edəcəklər

Tarix:7-03-2017, 13:21
Baxış Sayı:600

 Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayn edəcəklər
Azərbaycan vətəndaşları sığortanın ən sadə və ən rahat modeli olan onlayn sığortadan “Elektron hökumət” portalı üzərindən istifadə edəcəklər. “Elektron hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “İcbari nəqliyyat sığortası” adlı xidmət elektronlaşdırılaraq portala inteqrasiya edilib.
Bu barədə Oxu.Az-a MHM-dən məlumat verilib.
Nəqliyyatın icbari sığortasını onlayn etmək üçün “Elektron hökumət” portalına daxil olub “Digər” xidmətlərin içərisindən “İcbari nəqliyyat sığortası” xidməti seçilir. Açılan pəncərədə nəqliyyat vasitəsinin qeydiyyat nişanını daxil edib “Davam et” düyməsini sıxdıqdan sonra avtomobilin ban nömrəsini qeyd etmək tələb olunur.
Ban nömrəsi daxil edildikdən sonra ekranda avtomobilin markası və modeli görünür. Bundan sonra vətəndaş şəxsi məlumatlarını sistemə daxil edib “Davam et” düyməsini seçir. Sonra sığortanın qüvvəyə minmə tarixi müəyyənləşdirilir. Əslində, sığortanın qüvvəyə minmə tarixi sistem tərəfindən avtomatik təyin edilir, lakin vətəndaş 30 gündən artıq olmamaq şərti ilə digər tarixi də seçə bilər. Açılan səhifədə sığorta şirkətlərinin adları və ödəniləcək məbləğ görünür. Vətəndaş istənilən sığorta şirkətini seçir, şığorta haqqını ödəyir və sığortasını əldə edir.
Qeyd edək ki, klassik formadan fərqli olaraq, onlayn sığorta təhlükəsizlik və rahatlığına görə bir sıra üstünlüklərə malikdir. Elə buna görə də dünyada əksər insanlar birbaşa sığortaya üstünlük verirlər. Statistikaya görə, britaniyalıların 70%-i, Fransada isə yerli əhalinin 50%-i onlayn sığortadan istifadə edir. Onlayn sığortanın müsbət cəhətlərindən biri də burada vasitəçinin olmamasıdır. Yəni elektron sığorta broker və ya agentlərin iştirakı olmadan sığortaçı və müştəri arasında birbaşa əlaqə yaradılması deməkdir. Bu isə öz növbəsində, sığorta xərclərini azaldır.

OXŞAR XƏBƏRLƏR
flyen 18 may 2017 12:15
  Жалоба     
There have been some efforts in China gucci replica handbags to stem the flow of fake goods. For example, at the Luohu Commercial Center on the border of Hong Kong replica gucci bags and Shenzhen, there are lots of signs warning about the theft of intellectual property. But alas, there are still dozens of shops selling cheap gucci sale counterfeit goods either openly or secretly.
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı