Azərbaycan İdeyası

Ötən il Azərbaycanda 44 ton qan tədarük olunub - Nazir müavini

Tarix:22-08-2019, 13:28
Baxış Sayı:979


"Son illər Azərbaycanda qan tədarükü artıb. 2005-ci ildə 10 tona yaxın, 2018-ci ildə 44 ton qan tədarük olunub. Yəni qan tədarükü 4.5 dəfə artıb".

Korrupsiya-q.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Konqres Mərkəzində keçirilən 19-cu Beynəlxalq Gənclər Forumunda Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 2000-ci illərə qədər qan donorluğu sahəsində problemlər var idi: "Amma 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Talassemiyasız həyat naminə" layihəsinə start verməsi bu sahədə olan problemləri aradan qaldırdı. Ölkənin hər yerində təsdiq olunan plana uyğun olaraq qanvermə aksiyaları keçirilir".
E.Ağayev xatırladıb ki, ölkədə qan donorluğunun inkişafı ilə əlaqədar 2005-ci ildən indiyədək 3 dəfə dövlət proqramı qəbul edilib.
Nazir müavini bu istiqamətdə tədbirlərin davam etdirildiyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı